TBMM dövlət çevrilişinə cəhdin araşdırılması üçün komissiya yaradır
Tarix: 27.07.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisi iyulun 15-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdinin araşdırılması üçün komissiya yaradacaq. Türkiyə KİV-ləri xəbər verir ki, komissiyanın yaradılması barədə qərar müxtəlif partiyaların təklifləri nəzərə alınaraq qəbul olunub. Hadisələri araşdırmaq üçün komissiyaya üç ay vaxt veriləcək.Türkiyənin Baş naziri Binəli Yıldırım “The Guardian” qəzetinə müsahibəsində deyib ki, dövlət çevrilişinə cəhddə əli olanlar saxlanıldıqdan dərhal sonra səhvlərini etiraf ediblər. Alınan ifadələr çevriliş planının xeyli vaxtdır hazırlandığını deməyə əsas verir.Böyük Britaniyanın “Sky News” televiziyasına müsahibəsində isə Baş nazir vurğulayıb ki, çevriliş cəhdini türk ordusunun içərisindəki bir qrup törədib.Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirak edən hərbçilərin axtarışı məqsədilə Marmarisdə əməliyyatlar genişləndirilib.
Ölkənin demək olar ki, bütün bölgələrində demokratiyaya dəstək mitinqləri davam edir. Türkiyə bayraqları ilə meydana toplaşan vətəndaşlar demokratik yolla seçilmiş hökumətə dəstəklərini bildirirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info