Fabiano Karuana: “Azərbaycan millisinin təcrübəli şahmatçıları var”
Tarix: 27.07.2016 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


“Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışlarından biridir. Planetin bütün yığmaları mötəbər yarışda iştirak edəcək. ABŞ millisi də olimpiadaya böyük ümidlərlə yollanacaq.”
Bunu şahmat üzrə ABŞ millisinin lideri Fabiano Karuana Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlamasında deyib.
Qrossmeyster 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirakıyla bağlı danışıb: "Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışlarından biridir. Planetin bütün yığmaları mötəbər yarışda iştirak edəcək. ABŞ millisi də olimpiadaya böyük ümidlərlə yollanacaq. Olimpiada başlamazdan əvvəl nəticə haqda danışmaq düzgün olmaz. Əksər yığmalar olimpiadada əsas heyətlə çıxış edəcək. Bu isə yarışda böyük rəqabətin olacağını göstərir. İstənilən halda bizləri maraqlı yarış günləri gözləyir. Şahmatçı kimi hər oyunda maksimum nəticə uğrunda çıxış edəcəyik".
Azərbaycan paytaxtı Bakı haqqında danışan F.Karuana şəhərimiz haqqında xoş sözlər deyib: "Dəfələrlə Azərbaycanda keçirilən yarışlarda iştirak etmişəm. Ötən il paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmışam. Bu il Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialında ikinci yeri tutmuşam. Həmişə Azərbaycanda təşkil olunan şahmat yarışları yüksək təşkilatçılıqla yadda qalıb. Burada hər zaman iştirakçılar üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadasının da ən yaxşı təşkilatçılıqla fərqlənəcəyinə inanıram".
ABŞ millisinin rəqiblərinə gəlincə F.Karuana bütün komandalara hörmətlə yanaşdığını bildirib: "Şahmat Olimpiadasında zəif rəqiblər olmur. Daha doğrusu, püşk güclüləri bir-birinə rəqib edir. Kifayət qədər iddialı komandalar olacaq. Rusiya, Ukrayna, Çin yığmalarını xüsusi qeyd etmək istərdim. Meydan sahibi Azərbaycan yığmasının təcrübəli şahmatçıları var. Onlar doğma şəhərdə medallar uğrunda yarışacaq. İlk turdan sona qədər oyun nizamını qoruyan komandalar mükafatçılar sırasında yer alacaq".
O qeyd edib ki, ABŞ millisinin heyəti yaxşı şahmatçılardan formalaşıb: "Biz də istərdik ki, Bakı Şahmat Olimpiadasında yaxşı nəticə qazanaq. Bunun üçün mümkün qədər səhvə yol verməmək lazımdır. Reqlament yığmaları diqqətli olmağa məcbur edir. Bir turda uğursuzluq olarsa, komandanın mövqeyinə ciddi şəkildə təsir edir".




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info