Rezidenturaya qəbulun ikinci mərhələsi Bakı və Naxçıvanda keçiriləcək
Tarix: 27.07.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək. TQDK-dan bildiriblər ki, imtahan Bakıda bir, Naxçıvan şəhərində də bir binada saat 11.00-da başlanacaq və iki saat otuz dəqiqə davam edəcək.
Namizədlərə iyulun 25-dən etibarən internet vasitəsilə “Namizədin imtahana buraxılış vərəqəsi” təqdim olunur. İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiqləyən sənədin əslini, imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər: Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq. İmtahanda namizədlərə ixtisas fənləri üzrə yüz test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.
Qeyd edək ki, rezidenturaya ərizə qəbulu internet vasitəsilə martın 1-dən 10-dək aparılıb və 1.239 namizəd elektron ərizəni doldurub təsdiqləyib. Onlardan 442-si imtahanın birinci mərhələsinin (3 aprel 2016-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın ikinci mərhələsində iştirak hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 325-i qız, 117-si oğlandır. 407 namizəd Azərbaycan bölməsinin, 35 namizəd rus bölməsinin, 272 namizəd cari ilin, 170 namizəd isə əvvəlki illərin məzunudur, dörd nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 430, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün səkkiz imtahan rəhbəri, 42 zal nəzarətçisi ayrılıb.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Namizədlər həmin müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiqləməlidirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info