“Bakının seysmik riskinin qiymətləndirilməsinə gələn il başlanıla bilər”
Tarix: 27.07.2016 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Bakının seysmik riskinin qiymətləndirilməsinə gələn il başlanıla bilər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Bu layihəyə maliyyə dəstəyinin Alman Araşdırma Mərkəzi tərəfindən veriləcəyini deyən Q.Yetirmişli qeyd edib ki, məsələ ilə əlaqədar həmin mərkəzin mütəxəssisləri ilə sentyabr ayında Almaniyada görüş keçiriləcək. Q.Yetirmişli görüş zamanı layihənin başlanma tarixinin də dəqiq müəyyənləşəcəyini söyləyib: “İki il əvvəl Almatıda olarkən Alman Araşdırma Mərkəzinə bununla bağlı təklif verdim. Onlarla bir çox müzakirələr apardıqdan sonra bu işin həyata keçirilməsinə razılıq veriblər. Layihə artıq qəbul olunaraq təsdiqlənib. Bu fəaliyyət alman mütəxəssisləri ilə birgə aparılacaq. Yəqin ki, gələn ilin əvvəlindən layihənin icrasına başlanılacaq”. Q.Yetirmişlinin sözlərinə görə, seysmik riskin qiymətləndirilməsi üçün Bakının mərkəzindəki köhnə və yeni tikilən binalar, eləcə də şəhər ətrafında olan binalar seçiləcək. Layihənin iki illik olduğunu nəzərə çatdıran RSXM-nin baş direktoru bu işin mərhələlərlə aparılacağını, bütün Bakını əhatə etməsinin nəzərdə tutulduğunu da söyləyib. Q.Yetirmişli əlavə edib ki, seysmik riskin qiymətləndirilməsi zamanı yeni texnologiyalardan istifadə ediləcək. Bunun üçün Almaniyadan ən müasir tələblərə cavab verən avadanlıqlar gətiriləcək: “Cihazların hamısını almanlar gətirəcək. Onların quraşdırılması, işləməsi isə yerli mütəxəssislər tərəfindən aparılacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info