“Ölkədə kənd təsərrüfatı sahəsində yeni mərhələ başlayıb”
Tarix: 27.07.2016 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Ağdamda ənənəvi sahələr olan pambıqçılığın və üzümçülüyün inkişafı üçün geniş imkanlar var

Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri iyulun 27-də Ağdam rayonunda olub. İişçi qrupun üzvləri əvvəlcə Eyvazlı kəndi ərazisindəki tingçilik təsərrüfatına və Səfərli kəndində pambıq tarlalarına baxış keçirib, fermerlərlə, sahibkarlarla görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar. Sonra Quzanlı qəsəbəsində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
Müşavirədə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Zülfü Qasımov Ağdamda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda işlərin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, rayonda pambıqçılıq və baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu il 2250 kiloqram barama tədarük edilib, 551 hektar sahədə pambıq əkilib. Gələn il 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası istiqamətində görülən işlər, aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Bildirib ki, işçi qrup tərəfindən indiyədək 40-dan çox rayonda bu cür görüşlər keçirilib. Məqsəd rayonların aqrar sahədə potensialını və imkanlarını, həmçinin mövcud problemləri öyrənmək, fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır. Ölkədə kənd təsərrüfatı sahəsində yeni mərhələnin başlandığını deyən A.Əmiraslanov qeyd edib ki, pambıqçılığın, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində böyük işlər görülür. Məqsəd ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etməkdir. Bu baxımdan bölgələrin müəyyən kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması böyük əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına öz təsirini göstərib. Belə bir şəraitdə kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu, Azərbaycanda aqrar siyasətin əsas prinsiplərindən biridir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev məlumat verib ki, hazırda Ağdam rayonunda 35 min 300 hektar əkin sahəsi 794 subartezian quyusu vasitəsilə suvarılır. 2014-2015-ci illərdə rayonda 47 belə quyu qazılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ildə daha 18 subartezian quyusu qazılacaq.
Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Bəzi kəndlərdə suvarma suyu probleminin aradan qaldırılması, ənənəvi sahələr olan pambıqçılığın və üzümçülüyün inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin verilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib. Vurğulanıb ki, Ağdamda ənənəvi sahələr olan pambıqçılığın və üzümçülüyün inkişafı üçün geniş imkanlar var və bu imkanlardan istifadə olunmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info