BTRİB-in “Çağrı Mərkəzi“ istifadəyə verilib
Tarix: 27.07.2016 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) abunəçi müraciətlərini operativ şəkildə qəbul edən “Çağrı Mərkəzini” (Call Center) və şəbəkəyə nəzarəti həyata keçirən Şəbəkə Əməliyyat Mərkəzini (Network Operation Center) istifadəyə verib.
Nazirlikdən verilən məlumata görə, “Çağrı Mərkəzi” Bakı ərazisində xidmət alan abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verir. İstifadəçilər 155 nömrəsini yığaraq BTRİB şəbəkəsinə dair istənilən məsələ ilə bağlı müraciət edə bilər. Mərkəzdə abunəçinin sorğusu operativ emal olunaraq birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir. Mərkəzin fəaliyyətinə sual-cavab bazasının idarə olunması, dəyərləndirmə sisteminin yaradılması, müraciətlərə baxılması prosedurunun sadələşdirilməsi və müddətinin azaldılması üçün fəaliyyət sxemlərinin yaradılması və zənglərin avtomatlaşdırılaraq paylanması funksiyaları daxildir. Həmçinin “Çağrı Mərkəzi”ndə göstərilən xidmətlərin icra müddətinə nəzarət sistemi də mövcuddur. Eyni zamanda “Çağrı Mərkəzi” vasitəsilə abunəçilər mövcud kampaniyalar və xidmətlər haqqında vaxtaşırı məlumatlandırılacaqlar. Qeyd edək ki, əvvəllər abonentlər şikayət, təmir, internet kimi müxtəlif növ müraciətlər üçün fərqli nömrələrlə ayrı-ayrı mərkəzlərə müraciət edirdilər. Bu da xidmətlər arasında koordinasiyada, xidmət keyfiyyətinin müəyyən olunmasında, müştəri məmnunluğu üçün lazımi işlərin aparılmasında çətinliklər yaradıb. Şəbəkə Əməliyyat Mərkəzində isə sistem vasitəsi ilə İP, səs, transmissiya şəbəkələrinə və internet trafikə nəzarət etmək mümkündür. Nəzarət mexanizmi yaranan problemlərə anında reaksiya verilməsinə xidmət edir.
BTRİB-in qurduğu yeni sistem istismarda olan bütün şəbəkə elementlərinin kompleks şəkildə, vahid mərkəzdən idarə olunmasına şərait yaradır. Şəbəkənin idarə edilməsi funksiyasını avtomatlaşdıran bu sistem onun sabitliyini də təmin edir. Bu da öz növbəsində zaman itkisinin və fors-major halların qarşısını vaxtında və operativ almağa kömək edir. Şəbəkə Əməliyyat Mərkəzi ilə “Çağrı Mərkəzi” interaktiv şəkildə birgə fəaliyyət göstərir. Belə ki, şəbəkədə yaranan hər hansı problem abonentdən öncə mərkəzin əməkdaşlarına məlum olur və bu məlumat mühəndislərlə yanaşı, həmin an “Çağrı Mərkəzi”nə də ötürülür.
Artıq paytaxt sakinlərinin istifadəsində olan telefon və internet xəttində yaranan bütün problemlər qısa zaman kəsiyində öz həllini tapacaq. Bunun üçün, sadəcə, “155” Çağrı Mərkəzinə müraciət etmək kifayətdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq
14.06.2019
Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib
14.06.2019
KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info