Səfir: “Fransa Azərbaycanın təhsil sisteminin gücləndirilməsində rol oynayır”
Tarix: 27.07.2016 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


"Çox şadam ki, Fransa Azərbaycanın təhsil sisteminin gücləndirilməsində rol oynayır". Bunu Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanının keçirilməsindən sonra abituriyentlərlə keçirilən görüşdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.Səfir əlavə edib ki, Fransanın Azərbaycanın təhsil sistemindəki rolu Bakıdakı Fransız liseyinin yaradılması ilə başlayıb: "İndi isə şadıq ki, bu əməkdaşlıq daha yüksək təhsil səviyyəsinə - ali təhsilə keçib. UFAZ həm iki ölkə, həm də iki universitet arasında olan layihədir. Bu layihənin həyata keçirilməsi konkret məqamlarla yadda qalıb. Bir necə gün əvvəl təhsil naziri Mikayıl Cabbarov Strasburda səfərdə olarkən Strasburq universiteinin rektoru ilə görüşüb. Sentyabrda universitetin fəaliyyəti ilə bağlı tərəflər arasında saziş imzalanacaq".O.Buşez qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesi gedir. Səfirin fikrincə, bu universitetdə 4 ixtisas üzrə kadrların hazırlanması da buna xidmət edəcək.Təhsil nazirinin müavini Ceyhun Bayramov isə qeyd edib ki, UFAZ ixtisaslarına ali təhsil müassisəsinə qəbul imtahanında l qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlər iştirak edib. İmtahandan uğurla keçənlər ixtisas seçimi zamanı UFAZ ixtisaslarından birini seçməklə UFAZ tələbəsi statusunu qazanacaq.Yeni yaradılan universitetə abituriyentlər tərəfindən marağın olduğunu deyən C.Bayramov bu ali məktəbin Fransa-Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrinə daha da müsbət təsir edəcəyini əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info