Ermənistanda həkimlər girov götürülüb
Tarix: 27.07.2016 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Deyəsən, erməni politoloqlarnıdan birinin «Ermənistan cərrah stolu üstündədir» deyimi reallaşmağa doğru gedir. Elə, erməni silahlı qruplaşmasının «Qələbə bizimlədir» çağırışı da Sarkisyan hakimiyyətinin sonuna az qaldığının mifologiya olmamasından xəbər verir.
Belə ki, ötən gecə də İrəvan küçələrində qarışıqlıq hökm sürüb. Nəticədə erməni polisi 64 nəfər mülki vətəndaşı silah-surst saxlama ittihamı ilə həbs edib.
«News.am» saytının verdiyi məlumata görə, bütün gecə boyu İrəvanda atəş səsləri eşidilib. Atışma zamanı silahlı qruplaşmanın liderlərindən biri Pavel Manukyan və onun oğlu Aram güllə yarası ilə hospitala aparılıblar. Verilən məlumata görə, yaralılar arasında polis əməkdaşı da var.
Ermənistandan verilən başqa bir məlumata görə isə "Sasna tsrer" qrupu təcili yardım briqadasını da girov götürüb. Bu barədə polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan öz "Facebook" səhifəsində məlumat yayıb: «Biz silahlı qruplaşmanın zəbt etdiyi ərazidə yaralılar olduğu barədə məlumat aldıq. Hüquq-mühafizə orqanları əməkdaşlarının yaralılara yardım barədə təklifini qarşı tərəf rədd etdi. Onlar təcili yardım briqadasının əraziyə daxil olmasını təklif etdilər. Sonradan həkim briqadasının girov götürüldüyü barədə məlumat aldıq»-deyə Aqaronyan bildirib. O, hazırda təcili yardım briqadasının azad ediləsi üçün silahlı qruplaşma üzvləri ilə danışıqlar aparıldığını da bildirib.
Lakin İrəvanda silahlı qruplaşmaya dəstək verənlərin, onlara həmrəylik nümayiş etdirənlərin sayı günü-gündən artmaqdadır. Hüquq- mühafizə orqanlarının ölkə vətəndaşlarının Xorenatsi küçəsinə toplaşmaması çağırışına əhəmiyyət verilmədiyini görən ölkə rəhbərliyi artıq «qırmızı bretlər»in köməyindən yararlanmağa başlayıb.
«Armİnfo»nun məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları rəhbərliyi silahlı yaraqlılara həmrəylik nümayiş etdirənlərin həyatı və sağlamlığı üçün təhlükəni nəzərə alaraq, kütləvi tədbirlərin keçirilməsi üçün başqa yer təklif etsə də, qarşı tərəf bu təkliflə razılaşmaq fikrində olmadığını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info