Türkiyə parlamenti komissiya yaradır
Tarix: 27.07.2016 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisi iyulun 15-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdinin araşdırılması üçün komissiya yaradacaq. Türkiyə KİV-ləri xəbər verir ki, komissiyanın yaradılması barədə qərar müxtəlif partiyaların təklifləri nəzərə alınaraq qəbul olunub. Hadisələri araşdırmaq üçün komissiyaya üç ay vaxt veriləcək.
Türkiyənin Baş naziri Binəli Yıldırım “The Guardian” qəzetinə müsahibəsində deyib ki, dövlət çevrilişinə cəhddə əli olanlar saxlanıldıqdan dərhal sonra səhvlərini etiraf ediblər. Alınan ifadələr çevriliş planının xeyli vaxtdır hazırlandığını deməyə əsas verir. Böyük Britaniyanın “Sky News” televiziyasına müsahibəsində isə Baş nazir vurğulayıb ki, çevriliş cəhdini türk ordusunun içərisindəki bir qrup törədib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsddə iştirak edən hərbçilərin axtarışı məqsədilə Marmarisdə əməliyyatlar genişləndirilib. Ölkənin ,demək olar ki, bütün bölgələrində demokratiyaya dəstək mitinqləri davam edir. Türkiyə bayraqları ilə meydana toplaşan vətəndaşlar demokratik yolla seçilmiş hökumətə dəstəklərini bildirirlər. Dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsi Fətullahçı terror təşkilatının (FETÖ) iyulun 15-də dövlət çevrilişi cəhdinə 8651 hərbçinin qatıldığını açıqlayıb. Açıqlamada, həmçinin qiyama Türkiyə Silahlı Qüvvələrinə aid 35 təyyarənin, 37 helikopterin, 74 tankın və 3 gəminin cəlb olunduğu bildirilib. Dövlət çevrilişi cəhdinə qatılan hərbi qulluqçular Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin ümumi sayının 1,5 faizini təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info