Klinton ABŞ prezidentliyinə namizəd kimi təsdiqlənib
Tarix: 27.07.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizəd kimi təsdiq edib. Anadolu agentliyinin məlumatına görə bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.
Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb. Klinton seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında elan edəcək. Onu da qeyd edək ki, ABŞ-da yüzdən çox tanınmış şəxs Respublikaçılar partiyasından prezidentliyə namizəd, ölkədə gərginliyi artıran bəyanatlar səsləndirən Donald Trampa qarşı kampaniya başladıblar. Həmin şəxslər ABŞ prezidenti vəzifəsinə can atan “milyarderin namizədliyinin real və həqiqi təhlükəsinə” diqqət çəkməyin vacib olduğunu hesab edirlər. “Nifrətə qarşı birlik” (United Against Hate) adlandırılan kampaniya “MoveOn.org” təşkilatı tərəfindən həyata keçirilir. Kampaniyada aktyorlar Vudi Harrelson, Mark Ruffalo, Culian Mur, Oliviya Uayld, Meq Rayan, Brayan Krenston, Nil Patrik Harris, Sintiya Nikson, rejissor Maykl Man, musiqiçilər Mobi, Talib Kveli və bir başqaları iştirak edirlər. Onlar sayta ünvanladıqları məktubda “öz imkanlarından və nüfuzlarından istifadə edərək Donald Trampa və onun təmsil etdiyi nifrət ideologiyasına zərbə vurmaq” üçün çalışacaqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info