İlin əvvəlindən Naxçıvanda 95 obyekt istifadəyə verilib
Tarix: 28.07.2016 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Cari ilin əvvəlindən muxtar respublikada tikinti və ya əsaslı şəkildə təmirdən sonra, ümumilikdə, 95 obyekt istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, istifadəyə verilən yeni obyektlər arasında 1 peşə məktəbi, 1806 şagird yerlik 6 ümumtəhsil məktəbi, 6 səhiyyə obyekti, 7 inzibati bina, 15 mədəniyyət obyekti, 2 idman obyekti, 1 yaşayış binası, 20 istehsal və xidmət sahəsi, 37 digər infrastruktur obyektləri var.
Hazırda iqtisadi və sosial sahələrdə 130 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Eyni zamanda, ötən dövrdə səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 6 kənd mərkəzi istifadəyə verilib, 10 kənd mərkəzinin inşası isə davam etdirilir.
Bununla yanaşı, muxtar respublikada əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edək ki, 2015-ci ildə Naxçıvan şəhərdaxili içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanıb, evlər su ilə təmin edilib. Hazırda Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında, Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Bulqan və Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkələrində işlər davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info