Hərbi hissələrdə inşaat işləri davam edir
Tarix: 28.07.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə inşaat işləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun rəhbərliyi Gəncədə yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda tikinti işlərinin gedişi ilə maraqlanıb. Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib. Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan nazir, general-polkovnik Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib. Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və texnikalara baxış keçirilib. Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info