İordaniya ilə elm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Tarix: 28.07.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə İordaniya arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin ali təhsil və elmi araşdırmalar naziri Vuacih Ouveis ilə görüşündə tərəflərin müvafiq sahədə əməkdaşlığa hazır olduğu bildirilib.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışan iordaniyalı nazir qeyd edib ki, dövlət başçılarının şəxsi dostluğunun bu əlaqələrin möhkəmlənməsində mühüm rolu var. İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıqda da öz əksini tapıb. Belə ki, ötən illərdə təhsillə bağlı imzalanan saziş və memorandumlar çərçivəsində ölkələrimiz arasında tələbə mübadiləsi həyata keçirilib. Səfir S.Ağabəyov Azərbaycan tərəfinin hər zaman əməkdaşlığa hazır olduğunu bildirərək, ölkəmizdə təhsilin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Söhbət zamanı regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verən səfir ölkəmizin ərazisinin 20 faizinin işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. O, uzun illərdir davam edən qaçqın, məcburi köçkün probleminin ölkə iqtisadiyyatına vurduğu ziyanı diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
CNN Türk kanalı Prezident İlham Əliyevin Çinə səfəri haqqında reportaj yayımlayıb
26.04.2019
Putin: Bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq
26.04.2019
Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik
26.04.2019
Zakir Həsənov cəbhəboyu zonada olub, müvafiq tapşırıqlar verib
25.04.2019
Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri iflasa uğrayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info