«Lufthansa» Azərbaycana reyslərinin sayını artırır
Tarix: 12.03.2013 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Almaniyanın «Lufthansa» aviaşirkəti Frankfurt-Bakı-Frankfurt marşrutu ilə aviareyslərin sayını artırır. Şirkətin Bakıda keçirdiyi mətbuat konfransında «Lufthansa»nın Azərbaycanda və Türkmənistandakı baş təmsilçisi Ştefan Versmann bildirdi ki, 2013-cü ilin yay cədvəlində Frankfurta həftəlik uçuşların sayı 5-dək artırılacaq, yəni martın 31-dən etibarən Frankfurt-Bakı-Frankfurt marşrutu ilə uçuşlar həftədə 3 dəfə deyil, 5 dəfə yerinə yetiriləcək. Uçuşlar I, III, IV, V və VII günləri yerinə yetiriləcək.
Hazırda isə Bakıdan Frankfurta uçuşlar yalnız həftənin II, V və VII günləri «Airbus A330» və «Airbus A340» avialaynerləri ilə yerinə yetirilir. Frankfurta rahat uçuş vaxtı (səhər ertədən) sərnişinlərə şirkətin üst-üstə düşən bir sıra reyslərindən (dünyanın 82 ölkəsinə 200-dən artıq istiqamət üzrə) faydalanmağa imkan verir.
Ş.Versmann qeyd etdi ki, Frankfurtdan Bakıya gələn təyyarə daha sonra Aşqabad istiqamətində uçur, sonra isə Aşqabaddan Bakıya gələrək Frankfurta yola düşür: “Onu da qeyd edim ki, Bakı və Aşqabad istiqamətlərində sərnişin axınının artımı 2012-ci ildə 6,8% təşkil edib. Ümumiyyətlə, aviaşirkətin xidmətlərindən 2012-ci ildə 103,1 mln. sərnişin yararlanıb ki, əvvəlki illə müqayisədə sərnişin axını 2,4% artıb”. Ş.Versmann aviaşirkətin regionda getdikcə artan inkişafından danışaraq bildirdi ki, «Lufthansa» 2012-ci ildə Azərbaycanda və Türkmənistanda öz fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2012-ci il ərzində bu ölkələrdə sərnişin axını 6,8%, şirkətin ümumi gəlirləri isə 17,4% artıb: “Bütün bunlar aviaşirkətə regionda öz xidmətini inkişaf etdirməyə və yeni reys və təkliflərə aktiv surətdə investisiya yatırmağa imkan verir”. Ş.Versmann həmçinin bildirdi ki, yaxın zamanlarda aviaşirkətin biznes sinif salonları tam müasirləşdiriləcək və ümumiyyətlə, 2015-ci ildə bütün avialaynerlərin müasirləşdirilməsinə şirkət əlavə 50 mln. avro məbləğində investisiya yatıracaq: “Biznes sinif salonunun ilk dəfə aviaşirkətin flaqman - Boeing 747-8 - avialaynerində quraşdırılmış yeni konsepsiyası sərnişinlərimizdən ən müsbət rəyləri alıb. Buna görə də biz təyyarələrimizin yenidən təchiz edilməsini sürətləndirir və bu layihəyə qoyulmuş vəsaitlərə əlavə olaraq 50 milyon avro məbləğində investisiya qoyuruq. 2015-ci ilədək uzaq magistrallı donanmanın bütün təyyarələrində yeni oturacaqlar quraşdırılacaq”. Bildirildi ki, biznes sinif salonlarının oturacaqları sadəcə bir düyməni basmaqla uzunluğu 1.98 metr olan tamamilə düz çarpayılar şəklində açılır. Müxtəlif opsiyalara, baqajın saxlanması üçün əlavə sahəyə və inteqrasiya edilmiş elektron əyləncələr kompleksinə malik olan oturacaq sərnişinə həm üfüqi, həm şaquli, həm də maili vəziyyətlərdə müstəsna rahatlığı təmin edir.
Şirkət rəsmisi onu da qeyd etdi ki, Frankfurt-Bakı-Frankfurt aviareysinin sərnişinləri uçuş zamanı təyyarədə internet xidmətlərindən istifadə edə bilərlər: «Azərbaycandan və Türkmənistandan olan sərnişinlər hazırda bütün yol boyu «FlyNet» internet xidmətindən istifadə edə bilirlər. Bu xidmət sərnişinlərə sosial şəbəkədəki səhifələrindən sərbəst şəkildə istifadə etmək imkanı əldə etməklə hər zaman rabitədə qalmaq, hətta böyük həcmli fayl əlavələri ilə olsa da, bir anda elektron məktublar göndərmək və almaq imkanı yaradır. Bundan əlavə, «FlyNet» xidməti sayəsində işgüzar səfərdə olanlar korporativ serverlərlə təchiz olunmuş məlumat ötürmə kanalları «Virtual Private Network» (VPN) vasitəsilə əlaqə yarada biləcək». Ş.Versmann onu da əlavə etdi ki, yaxın zamanlarda GSM və GPRS standartları üzrə məlumat mübadiləsi mümkün olacaq: «Simsiz WLAN şəbəkələrinə əlavə olaraq göyərtə daxilində kommunikasiya imkanlarına SMS göndərmək və smartfonlardan məlumat ötürülməsi də daxil olacaq».
FlyNet-in istifadəsinə gəldikdə isə sərnişin WLAN texnologiyası ilə təchiz edilmiş cihazdan istifadə etməklə, eynilə yerdə olduğu kimi göyərtənin istənilən nöqtəsindən internetə çıxa bilər. Brauzeri açmaqla sərnişin müntəzəm yeniləşdirilən iqtisadiyyat, siyasət, mədəniyyət, idman, şou-biznes xəbərlərinin dərc edildiyi Lufthansa Flynet pulsuz portalına daxil olur. Bununla yanaşı, 2012-ci ilin payızında aviaşirkət FlyNet xidməti sayəsində mümkün olan və dünyanın aparıcı idman hadisələrini yayımlayan Sport 24 telekanalının yayımına başlayıb.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info