Referendum öncəsi təşviqat kampaniyasının tarixi açıqlanıb
Tarix: 28.07.2016 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendum öncəsi təşviqat kampaniyasının aparılacağı tarix açıqlanıb. 
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendum) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub ki, referendum qabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, 2016-cı il sentyabrın 3-də başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək, sentyabrın 25-i saat 8.00-da dayandırılır. 
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib. 
Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info