Masallıda “Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsi başlayıb
Tarix: 28.07.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə  Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsi başlayıb. 
Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsi başlayıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə respublikanın Masallı, Lənkəran və Astara rayonlarından 70-dən çox məktəblinin qatıldığı düşərgə Masallı rayonunun Qəriblər kəndi ərazisində təşkil edilib. 
Düşərgədən məqsəd məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və  onun mühafizəsi işinin təbliğ edilməsindən ibarətdir.
“Bəbirləri qoruyaq!” adlı III yay düşərgəsində məktəblilər bu nadir növün qorunması, insan və ətraf mühit kimi mövzularda seminarlar, bəbirlərin yaşadığı təbii ərazilərə ekskursiyalar, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər. 
Qeyd edək ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il  tarixində Lənkəran, Astara və Lerik rayonlarından olan 30-dan çox məktəblinin iştirakı ilə Masallı rayonunda təşkil olunub. Üç gün davam edəcək düşərgənin sonunda iştirakçılara sertifikatlar veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info