Gəncədə fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət satış-sərgi
Tarix: 28.07.2016 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Gəncənin Park-Bulvar Kompleksində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən fiziki məhdudiyyətli bacarıqlı insanların əl işlərindən ibarət “Bacarıqlı əllər” adlı satış-sərgi təşkil edilib. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində həyata keçirilib.Tədbirin keçirilməsində məqsəd fiziki məhdud bacarıqlı insanların fəaliyyətini ictimaiyyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır.Sərgidə 8 müəllifin 250-yə yaxın əl işi nümayiş olunub.
“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov layihə haqqında məlumat verərək bildirib ki, sərgidə nümayiş olunan əsərlər müəlliflərin özlərinin iştirakı ilə satışa çıxarılıb.O deyib ki, regionlarda yaşayan fiziki imkanları məhdud istedadlı insanların fəaliyyətinin inkişaf etdirilməsinə dövlətimiz həssaslıqla yanaşır və bu sahədə dövlət proqramları həyata keçirilir. Gəncədə mütəmadi olaraq istedadlı insanların əl işlərindən ibarət sərgilər təşkil edilir və bu işdə maraqlı olan qeyri-hökumət təşkilatlarına hər cür şərait yaradılır.Sonda əl işlərinin sahibləri fəxri fərman və diplomlarla təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info