ABŞ Pakistana sanksiya tətbiq edə bilər
Tarix: 12.03.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


“İranla ortaq təbii qaz kəmərinin tikintisi layihəsində iştirak etməsi Pakistana qarşı sanksiya tətbiq edilməsinə səbəb ola bilər”. Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib. Onun sözlərinə görə, bu layihə davam edəcəyi təqdirdə, rəsmi Vaşinqton İrana qarşı sanksiya qəbul etməli olacaq: “Sənəd İranla enerji sahəsində əməkdaşlıq edən dövlətlər üçün nəzərdə tutulub. Biz Pakistanla bu barədə birbaşa danışmışıq. Ağ Ev rəsmi İslamabadı bu layihədən imtina etməsi üçün inandırmağa çalışır və əvəzində alternativ variantlar təklif edir. Biz Pakistanın energetika layihələrini dəstəkləyirik”. Qeyd edək ki, martın 11-də 780 kilometr uzunluğunda olan İran-Pakistan, “Sülh” təbii qaz boru xəttinin təməlqoyma mərasimi keçirilib. Hər iki ölkənin sərhədində, yəni Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində keçirilən tədbirdə İran prezidenti Mahmud Əhmədinejad, Pakistan dövlət başçısı Asif Əli Zərdari və digər dövlət rəsmiləri iştirak edəcəklər. İran, Pakistan və Hindistan arasında imzalanmış 25 illik müqaviləyə əsasən, rəsmi Tehran İslamabad və Dehliyə müəyyənləşdirilmiş qiymətlə təbii qaz ixrac edəcək. Belə ki, 2014-cü ildən etibarən İran Pakistana 7,8 mlrd. kubmetr “mavi yanacaq” satacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info