Bütün taksilərdə eyni qiymət olacaq
Tarix: 28.07.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Sentyabr ayından etibarən Bakıda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək. Bu barədə fins.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, qiymətləri Tarif  Şurası  müəyyən edəcək.«İndi qiymətləri fərdi taksi sürücüləri və şirkətlər  özləri müəyyən edir. Lakin yeni sistem işə düşəndən sonra vahid tarif tətbiq ediləcək . Taksi şirkətlərinə isə müəyyən sərbəstlik veriləcək».
Sistem  işə düşəndən sonra  taksilərdə xidmət haqqı hər kilometrə görə hesablanacaq. Bunun üçün maşınlarda taksometrlər quraşdırılacaq. N.Allahyarova deyir ki, yeni qurğu vasitəsilə sürücülərin   qeydiyyatı  və  vergiyə cəlb olunması asanlaşacaq.
Taksi  xidməti ilə bağlı yeniliklər “Nəqliyyatın inkişaf  konsepsiyası”nda nəzərdə tutulub. Sənədə əsasən,  taksi  xidməti göstərən sürücülərə yeni fərqlənmə nişanları veriləcək. Nişanı “ASAN  Xidmət” mərkəzlərindən alacaqlar. İndi  fərqlənmə  nişanlarının qiyməti də  dəyişə bilər. Qeyd edək ki, hazırda həmin nişanların qiyməti 18 manatdır.
N.Allahyarovanın sözlərinə görə, indiyədək  16 min fərdi taksi sürücüsü və 3 özəl şirkət qeydiyyatdan keçib.  Qeyd edək ki, hazırda dayanacaqlarla bağlı müəyyən problemlər var. Belə ki, bu dayanacaqlardan adətən taksi şirkətlərinin avtomobilləri istifadə edirlər. Fərdi taksilərin isə buradan istifadəsinə imkan verilmir ki , bu da  haqlı narazılıq doğurur. Mətbuat katibi  bildirir ki, burada ayrı-seçkilik qoyula bilməz, yəni qanuni fəaliyyət göstərən istənilən taksi sürücüsü bu dayananacaqlardan istifadə edə bilər: «Mühüm tədbirlər zamanı şəhərin mərkəzi hissəsində dövlət əhəmiyyətli yollarda taksi dayanacaqlarının fəaliyyəti məhdudlaşdırıla bilər. Əks halda, heç kim başqa bir sürücünün dayanacaqdan istifadəsini qadağan edə bilməz».
Qeyd edək ki, hazıvrda Bakıda 160-a yaxın taksi dayanacağı var. Bunların  yarıdan çoxu qeydiyyatsızdır. N.Allahyarova deyir ki, ümumiyyətlə, sentyabrdan bu sahədə də yeniliklər olacaq:
«İndi  Bakıda 79 adda qeydiyyatdan keçən və 81 adda qeydiyyatsız taksi
dayanacağı  fəaliyyət göstərir. Biz onların yerləşdikləri ərazilərin inzibati və şəhərsalma qaydalarına uyğunluğunu araşdırırıq. Tələblərə cavab verən dayanacaqlar saxlanılacaq.  Əlverişli yerdə olmayan  taksi dayanacaqları  ləğv olunacaq».Dayanacaqların qeydiyyatına gəlincə, mətbuat katibi deyib ki, indi qeydiyyatsız fəaliyyət  göstərən taksi dayanacaqları tələblərə cavab verəcəksə saxlanılacaq və qeydiyyata alınacaq. 




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info