Bakı Metropolitenindən idmançılarımıza dəstək aksiyası
Tarix: 28.07.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


İyulun 27-dən Bakı metropoliteninin stansiyalarında XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə dəstək aksiyasına start verilib. Bu barədə "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyiətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.Qurum rəsmisi bildirib ki, bu sosial layihə çərçivəsində “Elmlər Akademiyasi”, “Nizami”, “28 May”, “Sahil”, “Koroğlu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında avqustun 5-i Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini əks etdirən lövhələr yerləşdirilib.Aksiyanın təşkil edilməsində məqsəd Azərbaycan olimpiya komandasının üzvü olan 56 olimpiyaçıya, eyni zamanda, "Rio-2016" olimpiadasından sonra start götürəcək paralimpiya oyunlarında iştirak edəcək təmsilçilərimizə ölkəmizi ləyaqətlə təmsil etməsinə və Vətənə böyük qələbələrlə qayıtmalarına dəstək olmaqdır.207 ölkənin təmsilçisinin iştirak edəcəyi XXXI Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək, 175 ölkədən təmsilçinin qatılacağı XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Olimpiadada ölkəmizi 18 idman növündə 56 idmançı təmsil edəcək. Paralimpiya Oyunlarında isə 24 idmançımız çıxış edəcək.Qeyd edək ki, Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində də Bakı metropoliteni Oyunlarının keçirildiyi günlərə xüsusi hazırlaşmışdı. Metropoliten sərnişinlərinə xidmət mədəniyyətinin yüksəldilməsini təmin edən iki yenilik təqdim etmişdi. Stansiyaların sərnişin informasiya sisteminə yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatlar, sərnişinlər üçün tövsiyələr, metrodan istifadə qaydalarının izahı Azərbaycan və ingilis dillərində təqdim edilmişdi.
Bundan əlavə, qatarlarda stansiya adları Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində səsləndirilmişdi. Oyunların keçirildiyi günlərdə stansiyalarda xarici dil biliyi olan və əvvəlcədən təlimlər keçmiş 90 könüllü çalışmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info