Rusiyada xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsi keçirilib
Tarix: 28.07.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


İyulun 27-28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları rəhbərlərinin 15-ci müşavirəsi keçirilib.Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, müşavirənin işində Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilən və 61 ölkədən 300-dən artıq nümayəndənin qatıldığı tədbirdə BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının aidiyyəti strukturlarının məsul vəzifəli şəxsləri də təmsil olunublar.Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev müşavirədə “Təhlükəsizlik orqanlarının terrorçuluğa və terrorçulara qarşı mübarizədə əməkdaşlıq məsələlərinə dair” mövzusunda çıxış edib.General-leytenant Mədət Quliyev müşavirə çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info