NDU birinci yarımilə yekun vurdu
Tarix: 28.07.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2016-cı ilin birinci yarımilində universitetdə yerinə yetirilən işlər və perspektivlər mövzusuna həsr olunmuş iclas keçirilib. İclası universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq geniş məruzə ilə çıxış edib. Rektor, Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü uğurlu siyasətdən, muxtar respublikada ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, 2016-cı ilin birinci yarısı Naxçıvan Dövlət Universiteti üçün də uğurlu və əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Belə ki, İqtisad fükltəsi üçün yeni tədris korpusunun inşasına başlanmış, Hüquq fakültəsinin müasir avadanlıqlarla təchiz olunması, Fizika laboratoriyası üçün 20 min dollar məbləğində avadanlıq alınması planlaşdırlmışdır. Ali Məclis Sədrinin tövsiyyəsi ilə universitetə hədiyyə olunan müasir planşet Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin akt zalında quraşdırılmışdır. Hərtərəfli dövlət qayğısı sayəsində yaradılan maddi-texniki baza universitetdə tədrisdə və təhsildə daha yüksək keyfiyyətə nail olmağa əsas verir. Ötən dövr ərzində “Elektron universitet” layihəsinin və distant təhsilin tətbiqi, müasir informasiya kommunikasiya vasitələrindən istifadə ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Ötən yarımildə universitetin beynəlxalq əlaqələri inkişaf etdirilmiş, 80-dən çox tanınmış dünya universiteti ilə əməkdaşlıq edən ali məktəb Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilən 5 layihədə uğurla təmsil olunmuşdur. Universitetdə tələbə mobilliyi də diqqət mərkəzindədir. Tələbələr Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramına əsasən Türkiyə Universitetlərinə, həmçinin Cənubi Koreyanın Kimçonq Universitetinə, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərinə bir il vəya bir semestr müddətində ali təhsil almağa göndərilmişdir. “Erasmus+” layihəsi çərçivəsində universitetin Sosial idarəetmə və hüquq, İqtisad fakültələrinin 6 tələbəsi ali təhsillərini Rumınyanın Babeş-Bolyai Universitetində uğurla davam etdirmişdir. Rektor vurğulayıb ki, bütün bunlar Naxçıvan Muxtar ¬Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iyulun 22-də keçirilən Ali Məclisin beşinci çağırış üçüncü sessiyasındakı çıxışında da qeyd etdiyi kimi, ölkəmizin gələcəyinin təminatçıları olan istedadlı, bilikli, sağlam və vətənpərvər nəslin yetişdirilməsinə hesablanıb. Layiqli vətəndaş və mütəxəssis, mükəmməl kadr hazırlığı baxımından çoxsaylı universitet kollektivinin, təcrübəli professor-müəllim heyətinin üzərinə mühüm vəzifələr düşür. İclasda Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi, iqsitad üzrə fəlsəfə doktoru İradə Bağırova və Hüquq fənləri kafedrasının müəllimi Vaqif Qurbanovun mövzu ətrafında çıxışları dinlənilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Naxçıvan Dövlət Universitetinin 2016-cı ilin birinci yarımilində qazandığı uğurlar slaydlar şəklində təqdim olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info