Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
Tarix: 28.07.2016 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 37 900 dolların qeyri-qanuni yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb. 
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Bakı-Yekaterinburq aviareysi ilə Rusiyaya getmək üçün Heydər Əliyev Beynəlxalq aeroportuna gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə saxlanılaraq şəxsi yoxlamaya dəvət olunub. 
Qanunvericiliyə uyğun olaraq həyata keçirilən şəxsi yoxlama zamanı onun üzərindən əvvəlcədən gömrük orqanına təqdim olunmayan, elektron və ya yazılı formada bəyan edilməyən 18 600 dollar aşkar edilib. 
Bakı-Dubay aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn digər Azərbaycan vətəndaşı isə şifahi formada bəyan etdiyi 10 min dollardan başqa üzərində xarici valyutanın və ya digər mütləq bəyan olunası əşyaların olmadığını bildirib. Lakin hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üzərindən 19 300 dollar aşkar edilib. 
Hər iki faktla bağlı araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info