Masallı Sənaye Məhəlləsi rayonda sahibkarlığın inkişafına şərait yaradacaq
Tarix: 28.07.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Masallıda yaradılacaq sənaye məhəlləsi 10 hektar sahəni əhatə edəcək və burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı, habelə xidmət müəssisələri fəaliyyət göstərəcək.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Hazırda müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluq səviyyəsinin artırılması ölkənin sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir.
Kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Prezident İlham Əliyevin 2016-cı il 13 iyun tarixli Sərəncamına müvafiq olaraq Masallı rayonunda Sənaye Məhəlləsi yaradılacaq.
On hektar sahəni əhatə edəcək Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri fəaliyyət göstərəcək.
Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Belə ki, iş adamları tərəfindən ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklif olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium, plastik qapı-pəncərə və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Burada, həmçinin aqrologistik mərkəzin yaradılması da nəzərdə tutulub.
Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik və orta sahibkarlığın daha geniş vüsət almasına, başlıcası isə əhalinin işlə təmin olunmasına kömək göstərəcək sənaye məhəlləsi, eyni zamanda, Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən yerli iş adamları üçün də geniş imkanlar yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info