“Bu gün Rusiyanın Böyük Britaniyadakı casuslarının sayı SSRİ vaxtında olduğu qədərdir”
Tarix: 12.03.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


“Otuz il əvvəl Oleq Qordiyevski diplomatik nömrəli avtomobilin yük yerində SSRİ-dən çıxarıldı. O, Britaniya tərəfinə Moskvanın Londonda casus əməliyyatının əsas detallarını ötürmüşdü”. Bu barədə “The Guardian” qəzeti yazır.
Hazırda əsayla gəzən 74 yaşlı Qordiyevski hələ də əvvəlki mövqeyində durur və vətənini tənqid edir.
Qəzet həmçinin qeyd edir ki, bu həftə Londonda yuxarı dairələrdə baş tutacaq Britaniya-Rusiya danışıqları ikitərəfli əlaqələr üçün “mini-mülayimlik” gətirə bilər. Bu fonda isə Qordiyevskinin intriqalı fikirləri səslənir: “Moskva Britaniyada soyuq müharibə dövründəki qədər casus saxlayır”. Onun sözlərinə görə, Rusiya səfirliyində xeyli sayda agent var və onlar rəsmi ştatda olmayan, lakin müntəzəm olaraq qiymətli məlumatlar ötürən informatorlar şəbəkəsinə malikdirlər. Qordiyevski hətta onların arasında məşhur oliqarxların da olduğunu bildirib.
Qordiyevski dəqiq rəqəmlər də səsləndirib: “Hazırda Londonda 37 Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşı var. 14 casus isə Baş Kəşfiyyat İdarəsində işləyir. Həmin insanların əlaqədə olduğu insanları da tanıyıram”.
Qordiyevskinin sözlərinə görə, Putin kəşfiyyatçıları MTN-dən olan sələflərinin oynadığı rolu ifa edirlər. Onlar eyni zamanda məxfi ticarət informasiyalarını əldə etməyə çalışır və Kremllə münasibətləri soyuduqdan sonra Londona gəlmiş rus dissidentləri və biznesmenlərini izləyirlər.
“MTN-nin keçmiş əməkdaşları, o cümldəən Putin hazırda hakimiyyət strukturlarında yuxarı vəzifədədirlər. Çoxları hal-hazırda milyarderlərdir. Qordiyevski qiyabi olaraq ölümə məhkum edilib və hökm indiyədək ləğv olunmayıb”, - deyə məqalədə qeyd olunur. Qordiyevski isə özü deyir ki, o, 80-ci illərdə MTN-dən qaçan və sağ qalan yeganə fəraridir.
Qordiyevski məşhur insanları da qiymətləndirməyi unutmayıb: “Brejnev özünə xüsusi heç nə qazanmırdı. Qorbaçov isə savadsız və ağılsız idi”. O, Moskva agenti Corc Bleykin fəaliyyətini də xatırlayıb: “Effektivlik üçün bir casusa da malik olmaq kifayətdir”.
Qeyd edək ki, Qordiyevski Britaniya kəşfiyyatına 1974-cü ildən başlayaraq kömək etməyə başlayıb. 1982-1985-ci illərdə Londonda Rusiya səfirliyində çalışıb.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info