Quba-Xaçmazda 45 sahibkara 622 min manat kredit verilib
Tarix: 28.07.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Bu layihələrin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 28-də Qusar rayonunda keçirdiyi növbəti işgüzar forumda Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 45 sahibkara 622 min manat güzəştli kredit verilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, quşçuluq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qusarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
Forumda Qusar rayonunun iqtisadi potensialının reallaşdırılmasında prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövründə 1423 sahibkara 77,2 milyon manata yaxın güzəştli kreditin ayrılmasını diqqətə çatdırıb.
Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunmuş gündəlik 16 ton çörək istehsal etmək gücündə olan zavoda və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.
Qeyd edək ki, ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən gündəlik istehsal gücü 825 ton olan 28 çörək istehsalı müəssisəsinin təşkilinə 52,1 milyon manat, 1956 hektar ərazidə 23 intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılmasına 37,5 milyon güzəştli kredit verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info