“Ermənistan hakimiyyətinə etibar etmək olmaz”
Tarix: 29.07.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


“Hakimiyyət bir qrup silahlı qarşısında aciz qalıb”
“Özünənəzarəti itirmiş Ermənistan hakimiyyətinə artıq etibar edilə bilməz. Ermənistanda hakimiyyət dəyişikliyi olmadan vəziyyətin həlli də mümkün olmayacaq” .
Bu fikirləri dünən jurnalistlərə verdiyi açıqlamada «Milli öz müqəddəratını təyinetmə» birliyinin rəhbəri Paruyr Ayrikyan bildirib. Bu barədə “News.am “ saytı məlumat yayıb. Ayrikyanın sözlərinə görə, hakimiyyət münaqişəni qan tökmədən həll edəcəyi barədə sözü yerinə yetirə bilmədi . Nəticədə İrəvan küçələrində qan töküldü.
Ayrikyanın sözlərinə görə, hakimiyyət insanları öldürməyin onun üçün heç bir səmərə verməyəcəyini anlamalıdır.
Ermənistandakı son olaylara münasibət bildirən “İrs” fraksiyasından olan deputat Zauri Postancyan isə hakimiyyətin bir qrup silahlıya qarşı acizliyinə eyham vuraraq: “Hakimiyyət artıq baş verə biləcək hər hansı bir üsyanın qarşısını ala bilmək iqtidarında deyil”- deyə, bildirib. O, ölkə əhalisinin öz hüquqlarını həyata keçirməsində polisin böyük bir maneə olduğunu bildirib. Deputata görə, son baş verən olaylarda isə həm polis, həm də Milli Təhlükəsizlik Xidməti, faktiki olaraq, insanlara hücum etdi: “Lakin onlar əhalinin bununla barışacağına inanmasınlar. Ölkədə artıq üsyan başlayır. Bu üsyan artıq təkcə İrəvanı deyil, bütün ölkə ərazisini ağuşuna almaqdadır”- deyə, bildirən Postancyan yaranmış vəziyyətdən yeganə çıxış yolunu Serj Sarkisyanın hakimiyyətdən getməsində gördüyünü bəyan edib.
Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın hakimiyyətdən getməsi barədə tələblər artıq ciddi xarakter almaqdadır. İctimai Şuranın üzvü Qraçya Mirzoyan da “Birinci informasiya”ya açıqlama verərkən artıq bundan sonra hakimiyyətlə heç bir danışığa getməyəcəklərini, Sarkisyanın hakimiyyətdən getməsini tələb edəcəklərini bildirib: “Bu gün biz artıq ölkədəki aclıq və safalətin səbəbkarı kimi hazırkı sistemin olduğunu başa düşməyə başlamışıq. Mənə, hələ də Ermənistanda bəzi sadalövh insanların Sərkisyanın hakimiyyət sükanı arxasında bundan sonra da qalacağına inandıqları çox təəccüblü gəlir. Artıq əvvəlki zaman deyil, indi ölkədə prezidentliyə layiq olan ağıllı liderlər yetişib” -deyə, o bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info