“Azərbaycanın dəstəyi Türkiyəyə qardaş ölkələr üçün nümunə olmalıdır”
Tarix: 29.07.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Səfir: “Türkiyə daha da güclü olacaq”

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə baş verən dövlət çevrilişinə cəhd hələ də dünyanın gündəmindədir. 246 nəfərin ölümü, 2000-dən çox insanın xəsarət almasına səbəb olan bu qalmaqallı çevriliş cəhdindən sonra qardaş ölkədə ciddi siyasi islahatlar aparılır, istefalar olur və barəsində cinayət işi açılanların sayı günbəgün artır. Türkiyənin rəhbər şəxsləri isə məlum olaylarla bağlı hər gün yeni açıqlamalar verərək xaricdən idarə olunmuş çevriliş cəhdindən sonra ölkələrinə gələn dəstəyi unutmayacaqlarını dilə gətirirlər.
“TRT Haber” telekanalının verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan da Fəthullah Gülən hərəkatı ilə mübarizəyə mühüm töhfə verib. Türkiyə XİN rəhbərinin sözlərinə görə, Azərbaycanın Gülən hərəkatı ilə mübarizədə verdiyi dəstək Türkiyənin qardaş ölkələri üçün nümunə olmalıdır. O, həmçinin bildirib ki, Türkiyənin Kazandakı konsulluğunda çalışan diplomat əməkdaşlardan biri Yaponiyaya qaçıb. Mövlud Çavuşoğlu qeyd edib ki, qaçan diplomatın Fəthullah Gülən terror təşkilatı ilə əlaqəsi olub: "Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyə XİN-dən 88 əməkdaş, iki səfir uzaqlaşdırılıb. Türkiyə Xarici İşlər Nazirliyində yeni təmizləmələr gözlənilir”.Onun sözlərinə görə, Fəthullah Gülən terror təşkilatının tərəfdarları Türkiyə XİN-in strukturuna sıza biliblər.
Prezident Rəcəb Tayyib Ərdoğanın Fətullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də dövlət çevrilişi cəhdinə qarşı Türkiyəyə dəstəklərini ifadə etmək istəyən liderlərlə bir sıra telefon danışıqları olub. “Anadolu” agentliyinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç, Bəhreyn Kralı Hamed bin İsa bin Xəlifə və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munla telefonda danışıb. Danışıq zamanı liderlər dövlət çevrilişi cəhdinə qarşı çıxdıqlarını, Türkiyədə seçilmiş hökuməti dəstəklədiklərini və bu məsələdə türk xalqı ilə tam həmrəy olduqlarını, həmçinin qiyamçıların açdıqları atəş nəticəsində və müqavimət zamanı həyatlarını itirənlər üçün kədərləndiklərini bildiriblər.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da məlum olaylarla bağlı açıqlama verib. Onun sözlərinə görə Türkiyə bundan sonra daha da güclü olacaq: “Hərbi çevrilişə cəhd Türkiyə dövlətçiliyinə, dövlətin rifahına qarşı yönəldilmişdi. Hərbi çevrilişə cəhddən sonra Türkiyə daha da güclü olacaq”.Türkiyədə fövqəladə vəziyyətin tətbiq edilməsinə toxunan səfir qeyd edib ki, bu barədə qərar qanun çərçivəsində qəbul edilib: "Türkiyədə fövqəladə vəziyyətin tətbiq edilməsi ölkənin qeyri-sabit olması anlamına gəlmir".
Bu arada Türkiyə Quru Qoşunlarının komandanı İhsan Uyar istefa verib. "Haber7" qəzetinin verdiyi məlumata görə, Quru Qoşunların Tədris və Doktrina İdarəsinin rəisi Kamil Başoğlu da istefa verib. İlkin ehtimala görə, onların Türkiyədə hərbi çevrilişə cəhddə əli var. Həmçinin şübhəli bilinən 243 əsgərin taleyinə də aydınlıq gətirilib. Belə ki, Ankara Prokurorluğu tərəfindən aparılan istintaq əməliyyatına şübhəli şəxs kimi cəlb olunmuş 243 əsgərdən 241-i artıq həbs edilib.
“Anadolu” agentliyi xəbər verir ki, həbs olunanlar Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən hazırlanmış dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinirlər. Ankara Məhkəməsinə gətirilmiş hərbçilərin istintaqı başa çatıb. Onlardan 241 nəfəri həbs olunub, 2-si isə nəzarət altında olmaq şərti ilə sərbəst buraxılıb. Dünən, həmçinin Şanlıurfa vilayətində isə Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində 63 hərbçi saxlanılıb.
Türkiyə mətbuatının məlumatına görə, Silahlı Qüvvələrdən xaric edilənlərin sayı da artıq bəlli olub. Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi haqqında qərara əsasən, milli təhlükəsizliyə təhdid yaradan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqələrinə görə 1684 nəfər Silahlı Qüvvələrin sıralarından xaric edilib. Qərara uyğun olaraq, həmçinin Jandarm Qüvvələri Baş Komandanlığı və Sahil Mühafizəsi Daxili İşlər Nazirliyinin tərkibinə verilib. Ordu sıralarından çıxarılan hərbi qulluqçulardan 87 general, 726 zabit və 256 gizir Quru Qoşunlarında xidmət edir. Hərbi Dəniz Qüvvələrində 32 admiral, 59 zabit və 63 gizir, Hərbi Hava Qüvvələrində isə 30 general, 314 zabit və 117 gizir ordudan uzaqlaşdırılıb. Bundan başqa, qərara əsasən, 3 xəbər agentliyi, 16 televiziya, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat və yayım evi bağlanıb.
Bu məsələlərlə bağlı qərarların icrası mexanizmi Türkiyə Ali Hərbi Şurasının iyulun 28-də keçiriləcək iclasında müzakirə edilib.
"Kanal7" telekanalı isə xəbər yayıb ki, Türkiyədə Nazirlər Kabineti aparatının Fəthullah Gülən terror təşkilatı ilə əlaqə qurmaqda ittiham edilən 30 əməkdaşı saxlanılıb. Telekanalın verdiyi məlumata görə, saxlanılanların adları barədə məlumat verilmir.Saxlanılanların mənzillərində axtarışlar aparılır.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info