“Azərbaycanda iranlılara viza aeroportda və quru sərhəd keçid məntəqələrində veriləcək“
Tarix: 29.07.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


"Güman ki, Azərbaycana gələn İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək"(APA).
Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin IRNA agentliyinə müsahibəsində deyib.
"Artıq uzun illərdir Azərbaycan vətəndaşlarının İrana səfər üçün viza almasına ehtiyac yoxdur. Buna görə də, hər il 1 milyondan artıq Azərbaycan vətəndaşı səyahət, ziyarət və müalicə məqsədilə İrana, xüsusilə 4 həmsərhəd vilayətə səfər edir. Gələn iki ay ərzində İran vətəndaşlarının da viza probleminin həll olunacağı gözlənilir. Güman ki, İran vətəndaşlarına viza hava limanlarında və quru sərhəd keçid məntəqələrində veriləcək. Hazırda Azərbaycanın Tehran və Təbrizdəki nümayəndəliklərində İran vətəndaşlarına operativ şəkildə viza verilir. Keçən il 2000-ə yaxın iranlı Azərbaycana səfər etdiyi halda, bu il Novruz bayramı günlərində təxminən 45 min İran vətəndaşı Azərbaycanda olub. İran xəstəxanaları da Azərbaycandan tibbi turizm məqsədilə gələn insanları qəbul edir. Yüksəkkeyfiyyətli müalicə, aşağı qiymətlər və səfər yolunun qısalığı Azərbaycan vətəndaşlarını İrana gəlməyə həvəsləndirən əsas amillərdir", - deyə səfir qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”
15.02.2019
Ermənistandan azərbaycanlıların qovulması və yəhudilərin köçü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info