Korsikalılar “İŞİD”-i qisasla hədələyib
Tarix: 29.07.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Korsikanın azad edilməsi Milli Cəbhəsi (NFOK) qruplaşması “İŞİD” terror təşkilatını hədələyib.
Xarici media xəbər verir ki, qruplaşma Korsika adasında terror aktlarının törədiləcəyi halda, “İŞİD”-dən amansız qisas alınacağını bildirib.
Korsikalılar tərəfindən yayılmış videomüraciətdə deyilir ki, onlar heç bir vicdan əzabı çəkmədən islam radikallarını məhv edəcəklər.
NFOK-un bəyanatında deyilir ki, “İŞİD”-in döyüşçüləri hər yerdə öz nizamını qurmaq istəyirlər.
“Siz orta əsrlərin fəlsəfəsini irəli çəkirsiniz və bu, bizim üçün qəbuledilməzdir. Sizin prinsipləriniz yalnız zəifləri bölür, amma korsikalılar güclü xalqdır”, -deyə videomüraciətdə deyilir.
NFOK separatçı gizli təşkilat sayılır. Qruplaşma öz qarşısına Korsikanın tam siyasi müstəqilliyi və ya muxtariyyət hüquqlarının genişləndirilməsini, həmçinin “Korsika xalqı”nın tanınmasını (Fransa qanunlarına görə ölkənin bütün vətəndaşları fransız hesab edilirlər) məqsəd kimi qoyub. Qruplaşma qaçaqmalçılıq, narkotik ticarəti və silahlı basqınlardan əldə edilən gəlirlər hesabına maliyyələşir. 1976-cı ildə aktiv fəaliyyətə başlayan NFOK yaxın vaxtlarda silahlı mübarizəni dayandırmağa və Fransanın mərkəzi hakimiyyəti ilə danışıqlara hazır olduğunu bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Sergey Lavrov Antalyaya sәfәr edәcәk
26.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
26.03.2019
Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub
26.03.2019
Mahmud Abbas Trampın Qolan tәpәlәri ilә bağlı qәrarına reaksiya göstәrib
26.03.2019
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info