“Dövlət və millətin birliyi müsbət təsirini istənilən sahədə göstərir”
Tarix: 29.07.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər



Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün əsas şərt onun iqtisadiyyatı və düzgün yeridilən
siyasətidir.

H. Əliyev

Bu gün dünyada qlobal iqtisadi, siyasi çətinliklər yaransa da, respublikamızda olan sabitlik insanların firavan yaşamaları üçün real imkanlar yaradır. Müasir dünya iqtisadiyyatının və siyasətinin hazırkı vəziyyəti müxtəlif amil və şərtlərin təsiri altında formalaşıb. Onların içərisində konkret bir dövlətin təsiri deyil, ümumi şəkildə baş verən dövlətlərarası çoxsaylı iqtisadi, sosial və sair məsələlərin təsiri inkaredilməzdir. Qeyd-şərtsiz deyə bilərik ki, hər hansısa bir qitədə, regionda baş verən xoşagəlməz, mənfi iqtisadi və ya siyasi məsələ mütləqdir ki, sözügedən ərazidə yerləşən dövlətlərin hər birinə müvafiq təsir göstərəcək.
Son onilliklərdə dünya ölkələrinin qlobal iqtisadi və siyasi problemləri cəmiyyətlərə, həmçinin iqtisadiyyatlara öz xüsusi təsiri ilə seçilir. Çox təəssüf hissi ilə bildiririk ki, artıq bu kimi problemlərin hər biri geniş şəkildə təzahür edərək, istənilən sahəyə öz dərin mənfi təsirini göstərir. Hazırda bu kimi problemlərin nəticəsi çox ağır və kifayət qədər acınacaqlı fəsadlar ilə nəticələnir. Dünya siyasəti və iqtisadiyyatı baxımından yaranmış qlobal anlaşılmazlıq nəticəsində, hazırkı zamanda istər hər bir dövlətin, istərsə də dünya iqtisadiyyatının inkişafı bilavasitə ümumi qitədə baş verən proseslərdən asılı vəziyyətə düşmüşdür. Belə olan halda mütləqdir ki, ayrı-ayrı ölkələrin xarici siyasəti dünyada baş verən iqtisadi, siyasi, sosioloji və sair məsələlərlə uyğunlaşsın. Əks halda, əlbəttə, müxtəlif sayda problemlər yaşanacaq və cəmiyyətin bu məsələlərə reaksiyası çox mənfi olacaq.
Ümumiyyətlə, hesab edirik ki, insanlar hər zaman güc işlətməyə meyilli olmuş və bu səbəbdən də, tarixən müxtəlif ərazi üstündə gedən mübahisələr gətirib böyük itkilərə səbəb olmuş, müharibələrə çıxartmışdır. Heç təsadüfi deyil ki, dünya xalqları arasında sülh əldə etmək olduqca çətindir. Çünki hər bir dövlətin özünəməxsus ideyası, gələcəyə dair daxili və xarici siyasəti var. Əlbəttə, hər bir ölkənin siyasəti də öz iqtisadiyyatının dayanıqlı, stabil olmasına çalışmasıdır. Nəticə etibarilə, hər bir ölkə öz maraqlarını müdafiə edir və bununla da, bəşəriyyətdə sülhün tam yaranması çox çətin və mürəkkəb məsələ sayılır.
Bu gün dünya ölkələrinin istər iqtisadi tərəfdən böhran vəziyyətdə yaşaması, istərsə də siyasi cəhətdən mübahisələrlə inkişaf etməsi çox mürəkkəb situasiya yaradır. Bütün bu və ya bu kimi problemlərin yanında respublikamızda sabit və firavan cəmiyyətin varlığı Azərbaycan dövlətinin ən böyük zəfərlərindən biridir. Heç şübhəsizdir ki, hazırkı sabitliyin əsasını dahi lider, ulu öndər Heydər Əliyev öz müdrik siyasəti ilə yaradıb. Uzaqgörən liderin dərin dühasının nəticəsidir ki, bu gün respublikamız dünya ölkələri içərisində sabitliyi, yüksək yaşam tərzi və sair müsbət keyfiyyətləri, xüsusiyyətləri ilə kəskin şəkildə fərqlənir.
Hazırda Azərbaycan iqtisadiyyatının və siyasətinin (daxili, xarici) potensialı “dövlət gücü” və “millət gücü” ifadəsi ilə əks etdirilir. Bu heç də təsadüfi deyildir. Çünki ölkəmizdə xalqın əksəriyyəti birmənalı şəkildə iqtidarın lehinədir. Bu isə o deməkdir ki, dövlətimizin və millətimizin gücü birlikdə öz müsbət təsirini daim istənilən sahədə göstərir. Əhəmiyyətli olan budur ki, Azərbaycanın istər xarici, istərsə də daxili siyasəti, eyni zamanda, dayanıqlı iqtisadiyyatı milli dövlət maraqlarımızın formalaşması zəminindən çox böyük önəm kəsb edir.
İstənilən halda qeyd etmək lazımdır ki, bu gün iqtisadiyyatımız yaxın gələcəkdə onlarla yeni iş sahəsinin açılmasını, müxtəlif sayda göz oxşayan infrastrukturun genişlənməsini özündə açıq-aşkar ifadə edir. Dünyadakı iqtisadi sarsıntılara baxmayaraq, ölkəmizdə hər il yeni-yeni müəssisələr açılır.
Əminliklə deyə bilərəm ki, ölkəmizdə sabitliyin və firavan həyat tərzinin stabil olaraq saxlanılması həm ölkə rəhbərliyinin, həm də cəmiyyət üzvlərinin birgə olmasının təcəssümüdür. Belə olan halda respublikamızın iqtisadiyyatı günü-gündən daha da inkişaf edir, biz vətəndaşların rahat yaşaması üçün yeni-yeni yollar açılır. Burada milli iqtisadiyyatımız haqqında deyilən bütün müsbət fikirlərin hər birini dövlətimizin istər xarici, istərsə də daxili siyasətinə də aid etmək olar. Belə ki, xalqın iqtidar ilə bir olması Azərbaycan siyasətinin düzgün yürüdülməsinə, beynəlxalq sferada xarici siyasətimiz ilə çox sayda yeni uğurlar qazanmağımıza, həmçinin daxili siyasət nəticəsində də sabitliyin qorunub saxlanılmasına, firavan həyat tərzinin çiçəklənməsinə zəmin yaradır.

Murad CƏNNƏTOV
YAP Sabunçu RT
İdarə Heyətinin üzvü




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info