Şahmat Olimpiadasına həsr olunan 3D tablosu yekunlaşdı
Tarix: 29.07.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə Ukraynada 3D "street-art" sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov paytaxtımızın qonağı olub. 1990-cı ildən "street-art"la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu çəkib.
Rəssam sözügedən əsəri Milli Parkda (Kukla Teatrının yaxınlığında) yaradıb.
42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosu 3 gün ərzində hazırlanıb. Əsər paytaxt sakinlərinin böyük marağına səbəb olub. Rəssam Aleks Maksiov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlamasında əsər haqda bunları deyib: “Azərbaycanda olmaqdan xoşbəxtəm. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən dəvət olunan zaman maraqlı əsər yaratmaq barədə düşündüm. Tabloda olimpiadanın keçiriləcəyi məkan olan Bakı Kristal Zalı və şahmat lövhəsi yer alıb. Şahmat lövhəsi sanki Amerikanın sürətli yarışlar keçirilən trası ilə arenaya yollanır. İdeya bundan ibarətdir ki, bütün dünyanın diqqəti məhz Bakı Kristal Zalında olacaq. Planetin ən yaxşı şahmatçıları burada yarışacaq. Hər kəsi 3D "street-art" tablosuna baxmağa və onunla şəkil çəkdirməyə dəvət edirəm. 3D canlılığı əks etdirir. Bu, mənim Bakıda ikinci işimdir. İki il öncə Qız Qalası yaxınlığında da Bakıda keçirilən festivala həsr olunan "street-art" əsəri çəkmişəm”.
Əsərin təqdimatında iştirak edən 42-ci Ümumdünya Şahmat Olimpiadasının ulduz səfirləri - “Bu şəhərdə” teatrının baş prodüseri və rəhbəri Müşfiq Abbasov, aktyor Coşqun Rəhimov ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançılarımızın beynəlxalq arenadakı uğurlu çıxışları barədə məlumat veriblər. Ulduz səfirlər şahmatçılarımızdan qələbə gözlədiklərini və onlara inandıqlarını söyləyib. Fəaliyyətlərində şahmatın kütləviliyinin artırılmasına geniş yer ayırdıqlarını bildirən Müşfiq Abbasovla Coşqun Rəhimov yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirmək üçün idmanın bu növü ilə məşğul olmağa səsləyiblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info