124 özəl tibb müəssisəsinə müsbət, 35-nə mənfi rəy verilib
Tarix: 29.07.2016 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi apardığı qiymətləndirmə nəticəsində 124 müəssisə (78,%) barədə müsbət, 35 müəssisə (22,%) barədə isə mənfi rəylər hazırlayaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında “Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsi”ndə yaradılmış işçi qrup tərəfindən, cəlb edilmiş ekspetlərin və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə ötən müddət ərzində 159 özəl tibb müəssisəsinin fəaliyyət ünvanında yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən 124 müəssisə (78,0%) barədə müsbət, 35 müəssisə (22,0%) barədə isə mənfi rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edilib.
2016-cı ilin 1-ci yarımilliyi ərzində 25 şəxs tərəfindən özəl tibb fəaliyyəti subyektləri barəsində daxil olan müraciətlər və şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülüb və nəticəsi barədə ərizəçilərə məlumat verilib.

Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir rayon Polis Şöbəsinin (1 protokol) əməkdaşları tərəfindən lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olma faktları barədə 6 protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs barəsində inzibati tənbeh növü kimi Səhiyyə Nazirliyi tərəfindən inzibati cərimə haqqında qərarlar çıxarılıb.

Tibb müəssisələrinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində şöbə tərəfindən hazırlanmış yeni normativ hüquqi aktların layihəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi hazırlanıb və baxılıb təsdiq edilməsi üçün Səhiyyə və Ədliyyə nazirliklərinə göndərilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info