ADU-da Çin Xalq Azadlıq ordusunun yaranmasının ildönümü qeyd olundu
Tarix: 29.07.2016 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


İyul ayının 29-da Azərbaycan Dillər Universitetində ADU nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə ÇXR Silahlı Qüvvələrinin yaranmasının ildönümünə həsr edilmiş “Böyük İpək yolunda təhlükəsizliyin təmin olunması” mövzusunda tələbə elmi seminarı keçirildi.
Seminarı açıq elan edən ADU-nun nəzdində Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji rolu haqqında danışaraq Avrasiya nəqliyyat dəhlizlərinin fəaliyyət təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğuladı. R.Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçilərlə görüşdə dünya səviyyəsində güclü orduların sırasına daxil olan və istənilən vəzifənin icrasına hazır Azərbaycan ordusu haqqında olan nitqindən sözləri xatırlatdı.
Seminarda Azərbaycanın Çindəki səfirliyinin keçmiş hərbi attaşesi, tarix elmləri doktoru Nurulla Əliyev Asiyadakı müasir hərbi-siyasi və geoiqtisadi proseslərdə Çinin iştirakından bəhs etdi.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri seminarda hesabatlarla çıxış edərək Çinin “fəal müdafiə” strategiyası, hərbi sahədə Çin ordusunun modernləşdirilməsinə yönəlmiş islahatlar, təhlükəsiz İpək Yolu marşrutlarının formalaşması tarixi, qədim dövlətlərin Şərq və Qərbi birləşdirən karvan yollarına nəzarət uğrunda mübarizəsi haqqında danışdılar.
Seminarın işində ÇXR-in Azərbaycandakı səfirliyinin Siyasi şöbəsinin müdiri cənab Cen iştirak edirdi.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info