“Sbornaya Baku” komandası ilkə imza atıb
Tarix: 29.07.2016 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın Şən və Hazırcavablar Klubunun (ŞHK) “Sbornaya Baku” komandası bu günlərdə Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində keçirilən festivalda klubun tarixində ilk dəfə olaraq “Malıy KiViN v tyomnom” mükafatını qazanıb. Bu, “Qolosyaşşiy KiViN” Beynəlxalq Musiqi Festivalında ali mükafatlardan biridir.
Iyulun 29-da komandanın üzvləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə görüşüblər.
Görüşdə bildirilib ki, bu uğur üç yaşını qeyd edəcək komanda üçün çox yaxşı göstəricidir. Festivalda 6 ölkədən 27 komanda iştirak edib. “Sbornaya Baku”nun uğuru “Qolosyaşşiy KiViN”də Azərbaycanın Şən və Hazırcavablar Klubunun tarixində də bir ilkdir.
Diqqətə çatdırılıb ki, ölkəmiz bu müsabiqədə artıq altıncı dəfədir iştirak edib. Azərbaycan bu festivalda 1995-ci və 1997-ci illərdə “Parni iz Baku”, 1996-cı ildə “Oqni Baku”, 2014-2016-cı illərdə “Sbornaya Baku” komandası ilə təmsil olunub.
Azərbaycan Şən və Hazırcavablar Klubu gənclər və idman naziri Azad Rəhimova, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevaya “Sbornaya Baku” komandasına hərtərəfli dəstəyə görə təşəkkür edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Birləşək- qalib gələk
13.07.2020
Xalqımız hər zaman Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib
13.07.2020
Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb
13.07.2020
Testin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir
13.07.2020
Xalqımızı Ali baş komandanın ətrafında sıx birləşməyə çağırırıq

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Nə edək ki, koronadan yaxa qurtaraq?
3 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
4 Sarayın ləzzətləri: heyva dolması
5 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info