Danimarkalı deputat müsəlmanların immiqrasiyasına qadağa qoyulmasını təklif edib
Tarix: 29.07.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Danimarka Xalq Partiyasının təmsilçisi Syoren Espersen “Berlingske” qəzetinə müsahibəsində bildirib ki, krallıq müsəlman ölkələrindən immiqrasiya praktikasını müvəqqəti olaraq dayandırmalıdır.
Siyasətçi öz təklifini islam ekstremistləri tərəfindən yaranan təhlükə ilə izah edib. O deyib: “Müsəlman miqrantlarına Danimarkaya immiqrasiya növbəti dörd və ya altı ildə qadağa edilməlidir. Çünki biz Avropada son terror hücumlarından sonra vəziyyəti araşdırmalıyıq”.
Lakin deputatın təklifi sərt tənqidlə qarşılanıb. Sosial-Demokrat Partiyasının simasında müxalifət nümayəndələri bildiriblər ki, bütün müsəlman qaçqınlarını islam ekstremistləri ilə eyniləşdirmək düzgün deyil. Onlar deputatın bəyanatını ABŞ-da müsəlmanların gəlməsinə qadağa təklifi ilə çıxış etmiş Respublikaçılar Partiyasından prezident postuna namizəd Donald Trampın planı ilə müqayisə ediblər.
Danimarka İnsan Haqları İnstitutunun icraçı direktoru isə KİV-ə müsahibəsində bildirib ki, Danimarka Xalq Partiyasının təklifi diskriminasiya xarakteri daşıyır və dövlətin qoşulduğu insan haqları konvensiyalarına ziddir.
Qeyd edək ki, Danimarka Xalq Partiyası özünün immiqrasiya əleyhinə və millətçilik mövqeyi ilə tanınır.





 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info