Qəbələdə mülki müdafiə ilə bağlı beynəlxalq konfrans
Tarix: 12.03.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Beynəlxalq xilasetmə əməliyyatlarında iştirak
etmək üçün ən müasir avadanlıqlarla təchiz olunmuş
xüsusi xilasetmə dəstələri yaradılıb


Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən bir sıra dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Konfransa Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi ilə yanaşı, 54 ölkədən nümayəndə heyətləri qatılıb. Tədbirdə mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər müzakirə olunub. Konfransda əvvəlcə Azərbaycan FHN-in fəaliyyətini əks etdirən video rolik nümayiş etdirilib. Daha sonra mülki müdafiə sahəsində əhalinin hazırlığı, fövqəladə halların qarşısının alınması və əhalinin həyat təminatının təşkili sahələri üzrə konfrans iştirakçılarının məlumatları dinlənilib. Azərbaycan FHN tərəfindən təqdimat keçirilib. Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, son illər dünyada baş verən təbii fəlakətlərdə yüz minlərlə insan həlak olub, dövlətlərə böyük zərər dəyib: “Son illər artan risklər şəraitində əhalinin həyat təhlükəsizliyini təmin etmək vacib şərtlərdəndir”. Nazir qeyd edib ki, Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında əlaqələrin qurulmasından 20 il ötür və bu dövrdə tərəflər arasında sıx əməkdaşlıq yaranıb: «Azərbaycan fövqəladə hallar riskinin yüksək olduğu zonada yerləşir. Burada təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlər də mövcuddur». Nazir deyib ki, FHN bir çox nüfuzlu beynəlxalq təşkilat və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlıq edir: “Beynəlxalq xilasetmə əməliyyatlarda iştirak etmək üçün ən müasir avadanlıqlarla, təyyarə və helikopterlərlə təchiz olunmuş xüsusi xilasetmə dəstələri yaradılıb. Bu dəstələr bir sıra xarici ölkədə baş vermiş xilasetmə əməliyyatlarında iştirak edib. Hazırda həmin dəstənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq qurumlarla məsləhətləşmələr davam etdirilir”. Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi isə çıxışında konfransın Azərbaycanda təşkilində roluna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Baş katib onu da qeyd edib ki, konfransda 155-dən artıq nümayəndə iştirak edir və bu konfrans təşkilatın tarixində dönüş nöqtəsi olacaq, üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhfəsini verəcək. Qeyd edək ki, martın 13-də Bakıda Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı taktiki təlim keçiriləcək. Təlim üç komponent - yer, hava və dəniz üzrə keçiriləcək.Təlimdə FHN əməkdaşları tərəfindən müxtəlif xilasetmə epizodları icra olunacaq. Həmçinin Azərbaycan FHN-in inventarındakı avadanlıqlar və texnikalar qonaqlara nümayiş etdiriləcək. Təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi və bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri də izləyəcəklər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub
21.02.2019
Ermənistan atəşkəs rejimini 26 dəfə pozub
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info