Smbat Akopyan: ”Ermənistan vətəndaş müharibəsi astanasındadır”
Tarix: 29.07.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Şant Voskeriçyan: Real addımlar atılmasa Ermənistan yaxın zamanlarda digər ölkələrin koloniyasına
çevriləcək”


Belə görünür ki, Ermənistanan son dayaq yeri olan Rusiya da, bu ölkədə baş verənlərə biganə qalmaqdadır. Ermənistanda yaşananlar artıq Rusiyanın da Serj Sarkisyandan bezdiyini deməyə əsas verir. Məiumdur ki, Ermənistanda qarışıqlıq davam etməkdədir. Ölkənin tanınmış nümayəndələrinin də yaşananlara münasibəi müxtəlifdir: «Son 12 gün ərzində bütün ermənilər ciddi nəticələrə səbəb ola biləcək həyacanlı anlar yaşadılar. Vəziyyət hər an nəzarətdən çıxa bilər, vətəndaş müharibəsi və qardaş qırğını baş verər». Bu fikirləri «Birinci informasiya» saytına açıqlama verən Smbat Akopyan bildirib. O, Ermənistanda həll olunmamış problemlərin mövcud olduğunu nəzərə çatdırsa da, ölkəsindəki vəziyyətin heç vax bu həddə çatdığını görmədiyini etiraf edib: «Biz artıq mütləq bir vətəndaş müharibəsi astanasındayıq. Lakin təsəvvür edin ki, bu necə sonuclana bilər. Elə mən də, belə bir vəziyyətin gəlib çata biləcəyini təsəvvür etmirdim. Ermənilər üçün öz qardaşına qarşı döyüşmək heç vax elə bir effekt verməyib. Nəticədə biz itirmişik, 100 minlərlə qaçqın didərgin düşüb. Ona görə də, bizi buna bənzər səbəblərdən Allah qorusun»-deyə, o bildirib.
Smbat Akopyan yaranmış vəziyyətdən tərəflərin sülh yolu ilə çıxmasının ən optimal variant olduğunu təklif edir. «Bugünkü fövqəladə vəziyyət şəraitində fakt qarşısında hakimiyyət yox, vətən və dövlətçilik ayağa qalxdı. Buna görə də, erməni milləti yaranmış vəziyyətdən heç bir zərbə almadan çıxmağa çalışmalıdır»-deyə, o əlavə edib.
«Sasna tsrer» qrupunun fəaliyyətinə dəstək verən Ermənistanın diaspor nümayəndəsi Şant Voskeriçyan isə ölkə prezidenti Serj Sarkisyanı həmişə qalib gələn kazino sahibinə bənzədir. Onun fikrincə, silahlı qrupu terrorist kimi qələmə vermək doğru fikir deyil: «Hakimiyyət 25 ildən artıq rəzil gündə yaşayan xalqa başqa çıxış yolu qoymamışdı. Hakimiyyət saxta seçki keçirməklə hər şeyi dəyişə bilməyəcəyini başa düşməlidir» .
Hazırkı vəziyyəti erməni xalqı və diasporu üçün son şans kimi dəyərləndirən diaspor nümayəndəsi, bu fürsətdən yararlanmağı, hüquqi dövlət yaratmaq üçün qəti addımlar atmağın vacib olduğunu bildirib. Real addımların atılmayacağı təqdirdə Ermənistanın yaxın zamanlarda digər ölkələrin koloniyasına çevriləcəyini iddia edən Voskeriçyan xalqı heç nədən qorxmamağa, mitinqlərə qatılmağa səsləyib.
Silahlı qruplaşmanın fəaliyyətini ümidsizliyin ifadəsi kimi dəyərləndirən erməni əsilli kanadalı aktrisa Arsine Xandjyan «Azadlıq» radiostansiyasına verdiyi açıqlamada «Sasna tsrer» qrupu üzvlərini Ermənistana xidmət edən qəhrəman kimi təqdim edir: «Əslində, bu gün insanlar artıq qorxu hissindən uzaq düşməkdədir. Ölkənin hüquq-mühafizə orqanları da əhalinin qorxu hissindən uşaqlaşdıqlarını başa düşməkdədirlər. Ölkədə dəyişiklik istəyən xalq da artıq yorulub. Təbii ki, bunun yekun nəticəsi kimi, yaxşılığa doğru nəsə gözləyir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info