Azərbaycanda 56 min 539 nəfər Prezident təqaüdü ilə təmin olunub
Tarix: 29.07.2016 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı hazırda 56 min 539 nəfərdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, həmin şəxslərdən 176-sı Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslərdir (həmin şəxslərdən həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir.) Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 19 min 699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 min 97-si şəhid ailələridir.
Həmçinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Bundan başqa, 394 nəfərə Prezidentin fərdi təqaüdü verilir.
Fəxri ad almış 2 min 365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19 min 923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.
Digər sosial ödənişlər kimi, Prezidentin aylıq təqaüdünün məbləği də mütəmadi olaraq artırılır. Cari ilin yanvar ayında dövlət başçısının imzaladığı Fərmanlarla və Sərəncamla Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin təqribən 95 faizinin təqaüdlərinin növbəti dəfə artırılması təmin olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
09.11.2019
İnsanlar hansı yaşda işdən getməlidir?
09.11.2019
Vilayət Eyvazov paytaxt sakinlərini qəbul edib
09.11.2019
Nazirlər Kabineti sürücülük vəsiqələrinə dəyişiklik etdi
09.11.2019
Avtomobillərdə pərdə və plyonka qadağası ləğv edilir?– VİDEO
08.11.2019
14200 vakant iş yeri var: ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10941

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info