“Dini radikalizmlə mübarizədə bələdiyyə və QHT-lər birgə fəaliyyət göstərməlidir”
Tarix: 29.07.2016 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Sumqayıtda bələdiyyə-QHT partnyorluğunun gücləndirilməsinə dair tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin “Bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə ictimai problemlərin həllinə yönəlik tədbirlərin təşkili” layihəsinin icrası çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirilib. İctimai müzakirədə bələdiyyə-QHT əməkdaşlığının praktik əlaqələrinin gücləndirilməsi yoluyla korrupsiya və rüşvətlə mübarizədə fəallığın artırılması, dini radikalizmin yayılmasının qarşısının alınması və gənclərə sirayət etməməsi üçün maarifləndirmənin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Təbdirdə Sumqayıt şəhər bələdiyyəsinin təmsilçiləri, məhəllə komitələrinin üzvləri, QHT-lər və ictimai fəallar iştirak edib.

Layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq, layihə haqqında geniş məlumat verib: “Hazırda ölkədə bir neçə sahədə ictimai problem mövcuddur. Bunlar korrupsiya və rüşvət, həmçinin gənclərin dini radikalizmə meyillənməsi, ictimai davranış qaydalarına qarşı laqeyd münasibətdir. Ona görə də layihədə əsas xətt bələdiyyələrin bir neçə istiqamət üzrə QHT-lərlə əməkdaşlığının gücləndirilməsi və birgə fəaliyyətin qurulmasıdır. Birinci istiqamət bələdiyyələrin və QHT-lərin korrupsiya ilə mübarizədə birgə fəaliyyətinin təşkilidir. Digər vacib istiqamət isə bələdiyyələrlə birgə müxtəlif ictimai maarifləndirmə prosesinin təşkili yoluyla dini radikalizm kimi mühüm problemə qarşı mübarizə aparılmasıdır. QHT-lər regionlar üzrə geniş fəaliyyət imkanlarına malik deyil. Ona görə də yerli əhali ilə sıx əlaqədə ola bilmir. Amma bələdiyyələr öz ərazisinin problemlərini tam bilir və bu məsələdə QHT-lərlə birgə müxtəlif maarifləndirmə proqramları ilə ictimai təbliğat qurmaq imkanına malikdir”.

Layihənin eksperti Vilayət Muxtar korrupsiya və rüşvətlə mübarizədə bələdiyyələr- QHT əməkdaşlığı haqqında məruzə edib. O bildirib ki, rüşvət ictimai bəladır və əhalini rüşvətin subyekti olmaqdan imtina etməsi üçün daha çox maarifləndirmək lazımdır.

Ekspert Mehman Muradlı dini radikalizmin ictimai təhlükəsizliyə təsiri mövzusunda məruzə edib. O, gənclərin ənənəvi olmayan radikal dini təşkilatlara yönəlməsi haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb:"Gənclər qeyri-ənənəvi cərəyanlara meyillənirsə, bu, cəmiyyət üçün təhlükədir. Bunun qarşısının alınması üçün hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların, bələdiyyələrin aktiv fəaliyyət göstərməsi günümüzün ən aktual məsələlərindən biridir".

Tədbirdə çıxış edən layihənin digər ekspert Səbinə Kərimova ictimai davranış qaydalarının aktual olduğunu bildirib və qeyd edib ki, mənəvi dəyərlərimiz aşılanır: “Əslində müasir texnologiyalar, internet mənəvi dəyərələrin qorunmasında, müsbət dəyişikliklərin əldə olunmasında daha yaxşı vasitə olmalıdır. Amma təəssüf ki, elmsizlik, düzgün yanaşmanın olmaması ictimai davranışda, mənəvi keyfiyyətlərdə, adət-ənənlərdə deqradasiya yaradır ".
Daha sonra tədbir iştirakçılarından “Əlil Sahibkarlar Təşkiatı” İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev, “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, “Loğman” Qaçqınlara Dayaq İctimai Birliyinin sədri Tahirə Nağıyeva çıxış edərək problemin səbəbləri və aradan qaldırılması yolları haqqında öz fikirlərini bildiriblər.

İctimai müzakirədə Sumqayıt şəhər bələdiyyəsi təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova çıxış edərək, bələdiyyənin bu istiqamətlərdə gördüyü işlərdən danışıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov şəhərdə problemlərin aradan qaldırılması istiqamətində icra hakimiyyətinin, bələdiyyələrin və QHT-lərin əməkdaşlığına diqqəti çəkib. O bildirib ki, Sumqayıtı ən az problemli bölgələrdən hesab etmək olar: “Amma biz yenə də fəaliyyətimizi davam etdiririk. QHT-lərlə, bələdiyyələrlə birgə risk qrupları müəyyənləşdirilir və müvafiq tədbirlər görülür”.

İctimai müzakirədə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Vüsalə Süleymanova da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info