“Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal altında saxlayır”
Tarix: 12.03.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


İsveçrənin nüfuzlu qəzetlərindən sayılan “Die Wochenzeitung”da jurnalist Andre Vidmerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc edilib. Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, məqalədə xüsusən qoşunların təmas xəttində yerləşən Füzuli rayonunun Alxanlı və Aşağı Əbdürrəhmanlı, eləcə də Tərtər rayonunun Həsənqaya kəndlərində mövcud vəziyyət, kənd sakinlərinin gündəlik həyat tərzi, atəşkəs rejiminin daim pozulması nəticəsində əhalinin üzləşdiyi təhlükələr, erməni təcavüzkar siyasətinin fəsadları, infrastrukturun tamamilə dağıdılması, ərazilərin talan edilməsi barədə söz açılır.
Məqalənin “Düşmən nəzarətində olan rayon mərkəzləri” bölümündə Ermənistan təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun 62 yaşayış məntəqəsinin işğal edilməsi, rayon mərkəzinin hazırda düşmən tərəfindən nəzarət olunan ərazidə yerləşməsi diqqətə çatdırılır. Cəbhə xəttində yerləşən Azərbaycan kəndləri mövzusuna toxunan jurnalist burada 2011-ci ildə doğum evinin həyətində oynayan doqquz yaşlı Fariz Bədəlovun düşmən gülləsi ilə öldürüldüyünü xatırladıb. Məqalənin “Unudulmuş münaqişə” adlı digər bölümündə isveçrəli jurnalist qaçqın düşmüş insanların yaşadıqları anları və çəkdiyi əziyyəti məharətlə göstərib. Məqalə müəllifi həmçinin ATƏT-in vasitəçilik rolunun bu günədək heç bir nəticə vermədiyini, müharibənin yenidən alovlanması ilə bağlı ekspertlərin ehtimallarını, Dağlıq Qarabağ və ətraf yeddi rayonun hələ də işğal altında saxlanılması faktını açıq şəkildə ön plana çəkib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info