“Pambıqçılığın inkişafı məşğulluqla yanaşı, ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir”
Tarix: 30.07.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Cari ilin məhsulu üçün 52 min hektara yaxın pambıq əkilib. 100 min tondan artıq pambıq istehsalı gözlənilir
Bərdə rayonunun Kətəlparaq kəndində yerləşən fermer təsərrüfatında “Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzusunda respublika tarla müşavirəsi keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, nazirliyin yerli strukturlarının, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib. Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev bildirib ki, bu il rayonda 3000 hektardan artıq sahədə pambıq səpini aparılıb. Gələn il 8500 hektar pambıq əkininin aparılması planlaşdırılır. Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Fermerlər suvarma texnologiyalarını 40 faiz güzəştlə əldə edirlər. Cins heyvandarlığın inkişafı üçün süni mayalama yolu ilə alınan hər buzova görə 100 manat verilir. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir. Diqqətə çatdırılıb ki, respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı mühüm addımlar atılır. Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Nazirlər Kabinetinin qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardım tətbiq edilib. Becərmə və yığım işlərinin mexanikləşdirilməsi, mütərəqqi texnologiyalar tətbiq edərək istehsalın səmərəliliyinin daha da artırılması üçün “Aqrolizinq” ASC tərəfindən dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir texnika və avadanlıqlar respublikaya gətirilib. Bu istiqamətdə işlər davam etdirilir. Cari ilin məhsulu üçün 52 min hektara yaxın pambıq əkilib. 100 min tondan artıq pambıq istehsalı gözlənilir. Pambıqçılığın inkişafı həm əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması, həm də ölkəyə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir. Nazir müavini çıxışında ölkənin ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, pambıqçılıqla yanaşı tütünçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı, tərəvəz, fındıq və xurma istehsalının artırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıq istehsalının artırılmasında intensiv texnologiyaların əhəmiyyəti”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini Həsənəli Aslanov “Yerli pambıq sortlarının üstünlükləri” mövzularında çıxış ediblər. Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yerli sortların üstünlükləri barədə fermerlərə məlumat verilib. Sonda fermer təsərrüfatında pambıq bitkisinə yemləmə gübrəsinin verilməsi və kultivasiya nümayiş olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info