“Ermənistanın qeyri-qanuni fəaliyyətinə beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır”
Tarix: 30.07.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan Ermənistanın “status-kvo”nu möhkəmləndirmək və Azərbaycan torpaqlarının ilhaqını təmin etmək məqsədlə işğal edilmiş ərazilərdə həyata keçirdiyi ardıcıl fəaliyyətlər barədə sübutları bir neçə dəfə beynəlxalq ictimaiyyətə təqdim edib. Bu fəaliyyətlərə Ermənistan və xarici ölkələrdən gətirilən şəxslərin məskunlaşdırılması, tarixi və mədəni irsin məhv edilməsi və ya özününküləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər, işğal edilmiş ərazilərdəki təbii sərvətlərin talan və istismar edilməsi daxildir”.
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi qurumun Daimi Şurasının iclasında Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətlə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, qeyd edilən fəaliyyətlərin münaqişənin siyasi tənzimlənməsi istiqamətində addımlar atıldığı bir zamanda davam etməsi narahatlıq doğurur: “Ermənistanın həyata keçirdiyi bu qeyri-qanuni fəaliyyətlərə adekvat beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır. Sübutlar onu göstərir ki, Ermənistan birbaşa öz vasitələri və dolayısı ilə işğal etdiyi ərazilərdə yaratdığı separatçı rejim və erməni diasporunun köməyi ilə bu fəaliyyətləri davam etdirməklə yanaşı, bu qeyri-qanuni fəaliyyətlərin miqyasını genişləndirir. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Suriya ermənilərinin yeni məskunlaşma dalğası ilə bağlı məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. İyulun 24-də separatçı rejimin nümayəndəsi Bako Saakyan Zabux çayı üzərində su elektrik stansiyasının tikintisini yoxlamaq məqsədilə Laçın rayonuna səfər edib. Səfər zamanı Saakyan regional administrasiyanın nümayəndələri ilə görüşərək bu məsələni müzakirə edib. Həmçinin, birbaşa və ya dolayısı ilə bəzi xarici şəxslərin qeyri-qanuni iqtisadi, kommersiya və digər fəaliyyətlərə cəlb olunması ilə bağlı sübutlar mövcuddur".
Bəyanatda həmçinin qeyd edilib ki, Azərbaycan ATƏT-ə üzv dövlətləri, onun müvafiq qurumlarını, institutlarını və ATƏT-in İrəvan ofisi də daxil olmaqla, ATƏT -in sahə missiyalarını Ermənistanı beynəlxalq öhdəliklərinə riayət etməsi üçün məcbur etməyə çağırır.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT -in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info