“Həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödəniş olunacaq“
Tarix: 30.07.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


"Sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra lisenziyası ləğv olunan dörd bankda sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək".
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sığortalanmayan əmanətlərin qaytarılması üçün lisenziyası ləğv olunan 4 bankın kifayət qədər vəsaiti var: "Sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək. Həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödənişlər sığorta hadisəsi baş verən günə qədər olan faizlərlə birgə ödəniləcək". A. Cavadov əmanətçiləri tələsməməyə çağırıb və bildirib ki, onların əmanətlərinin ödənilməsində heç bir problem olmayacaq.
A.Cavadov Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 mln. 714 min manat təşkil edir.
Onun sözlərinə görə, "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir. “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 mln. 619 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 43 mln. 788 min təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir. “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir. “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 mln. 206 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 27 mln. 768 min təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir. A. Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq.
Mərkəzi Bank Əmanətlərin
Sığortalanması Fonduna
kredit xətti aça bilər

A. Cavadov bildirib ki, Əmanətlərin Sığortalanması Fondu artıq kredit üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.
O əlavə edib ki, öz növbəsində Mərkəzi Bank kreditin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edib: "Kredit xəttinin açılması məsələsinin tamamlanması gözlənilir". Qeyd edilib ki, kredit iki illik müddətə veriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info