Tələbə Gənclər Təşkilatlarının I Regional forumu keçirilib
Tarix: 01.08.2016 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


İyulun 29-da Gəncə şəhərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Tələbə Gənclər Təşkilatlarının I Regional forumu keçirilib. ATGTİ-nin mətbuat katibi Nigar İsmayılovanın verdiyi məlumata görə, forumun açılış nitqi ilə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov rəsmi qonaqları təqdim edərək, layihə haqqında məlumat verib. Daha sonra forumun rəsmi qonaqları olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev,  Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin Gənclərlə İş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini Elnur Rzayev, Milli Məclisin deputatı Naqif Həmzəyev öz çıxışlarını etdilər.
Daha sonra TGT sədrləri və rəsmi qonaqların iştirakı ilə aşağıdakı 3 panel üzrə müzakirə aparılıb:

- TGT-lərin fəaliyyətinin təkmilləşdirilməsi – problemlər, perspektivlər;
- TGT-lərin vəzifə və öhdəlikləri;
- TGT-lərin gənclər siyasətində rolu.
Sonda panellər üzrə müzakirələr nəticəsində forumun qətnaməsi qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info