“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Uşaq və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihənin icrasına başlayır.
Layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.
Layihənin icrası məqsədilə Füzuli, Beyləqan, Quba və Şabran rayonlarında dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, uşaqların, valideynlərin, məktəb direktorlarının, uşaq inspektrolarının (polis), müəllimlərin, psixoloqların, tərbiyəçilərin, bələdiyyə üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçiriləcəkdir.
Eyni zamanda, mövzu üzrə uşaqlar arasında rəsm müsabiqəsi təşkil olunacaq, müsabiqənin yekunu olaraq 20 noyabr – Ümumdünya Uşaqlar günü ərəfəsində Bakı şəhərində rəsm sərgisi keçiriləcək və qaliblər mükafatlandırılacaqdır.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcəkdir.
Mətbuat xidməti
|