“Biz də Varıq” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb
Tarix: 01.08.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


“Gənc Liderlər" Təhsil-təlim və inkişaf İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Biz də Varıq” layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb. Təlimlər 26-31 iyul tarixlərində Gəncədə 5 gün davam edib.
5 gün ərzində 20 gənc, əlilliyi olan gənclərin hüquqları, Azərbaycanda mövcud sosial xidmət mərkəzləri haqqında, cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılması, əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiya prosesinin gücləndirilməsi, əlilliyi olan gənclərin ictimai vəkili olma yolları haqqında ətraflı məlumat alıb.
Gənclər təlimin sonunda fərdi və qrup planları hazırlayaraq gələcəkdə əlilliyi olan gənclərin problemlərinin həlli istiqamətində layihə və fəaliyyət planları hazırlayıblar.
Qeyd edək ki, layihədə əlilliyi olan gənclərlə yanaşı əlilliyi olmayan gənclər də iştirak edib.
"Biz də varıq" kampaniyası çərçivəsində əlilliyi olan gənclərə hüquqi və psixoloji yardım göstərməklə yanaşı onlara sosial xidmət mərkəzləri haqqında məlumat verilib.
Gənclər "Biz də varıq" kampaniyasının əlilliyi olan gənclərin problemlərinin həllində başlanğıc layihələrdən biri olacağına əmin olduqlarını bildiriblər.
Xatırladaq ki, layihə çərçivəsində təlimləri hüquqşünas Günel Səfərova keçib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info