Sahibkarların birbaşa elektron qaydada müraciəti üçün poçt ünvanı yaradılıb
Tarix: 01.08.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına sahibkarların birbaşa elektron qaydada müraciət etməsi üçün apellyasiya@economy.gov.az poçt ünvanı yaradılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ünvan vasitəsilə sahibkarlar təkrar şikayətlərini Nazirliyin Apellyasiya Şurasına elektron qaydada da göndərə bilərlər. Elektron müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat veriləcək.
Bundan başqa, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə nazirliyin www.economy.gov.az saytında elektron müraciət üçün xüsusi bölmə də fəaliyyət göstərir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına indiyədək 22 müraciət daxil olub. Bu müraciətlərin 21-i mövzu və prossesual baxımından İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının predmeti olmadığından, mahiyyəti üzrə baxılması üçün nazirliyin aidiyyəti strukturlarının icraatına verilib. Bir müraciətə isə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilib və nəticəsi barədə sahibkara rəsmi məlumat verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info