Azərbaycan “Elektron Hökumətin İnkişafı İndeksi“ üzrə irəlilədi
Tarix: 01.08.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan "Elektron Hökumətin İnkişafı İndeksi" üzrə irəliləyib.
Hər iki ildən bir Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya ölkələrində elektron hökumətin inkişaf səviyyəsini müəyyən edən sorğu keçirilir. "Elektron Hökumət Sorğusu" adlı bu araşdırmada əsas 2 göstərici, "Elektron hökumətin İnkişafı İndeksi" (E-Government Development Index-EGDİ) və "Elektron İştirak İndeksi" (E-Participation Index -EPİ) üzrə qiymətləndirmə aparılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, sorğunun nəticələrinə görə 2016-cı ildə Azərbaycan 2014-cü illə müqayisədə dünyanın 193 ölkəsi arasında EGDİ üzrə 12 pillə irəlilərəyək 56-cı yeri, EPİ üzrə isə 30 pillə irəliləyərək 47-ci yeri tutub.
Azərbaycan əsas irəliləyişə məhz "Elektron Hökumətin İnkişafı İndeksi"ni təşkil edən meyarlardan biri olan “Onlayn Xidmət İndeksi” üzrə nail olub ki, bu da onun ümumi EGDİ göstəricisinin 58% artmasına səbəb olub. Eyni zamanda sorğunun nəticələrinə dair Hesabatda Azərbaycanın diqqətçəkən inkişafı və "Elektron İştirak İndeksi" üzrə dünya ölkələri arasında ilk əlliliyə daxil olması xüsusi vurğulanıb.
Beləliklə, nəticələrə əsasən Azərbaycan bir sıra potsovet ölkələri daxil olmaqla müxtəlif ölkələri geridə qoyub: Çin, Ukrayna, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan və s. Qeyd etmək lazımdır ki, Ermənistan isə 2014-cü illə müqayisədə EGDİ üzrə 26, EPİ üzrə isə 25 pillə geriləyib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilir ki, bu irəliləyiş Azərbaycan Prezidentinin tapşırığına əsasən son illər Azərbaycanda dövlət orqanları, o cümlədən “ASAN xidmət” çərçivəsində Elektron Hökumət quruculuğu və elektron xidmətlərdən istifadə sahəsində həyata keçirilən davamlı layihələrin nəticəsidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info