İrəvandakı qarşıdurmada yaralananlara tibbi xidmət göstərilmir
Tarix: 01.08.2016 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Həbsxanada saxlanılanlarla görüşməyə icazə
verilmir


İrəvanda polis dəyənəyinə tuş gələn erməni fəali Andreas Qukasyan vəhşicəsinə döyülüb. Hazırda hərəkət etmək iqtidarında olmayan Qukasyan, hətta tibb məntəqəsinə belə aparılmayıb.
Qeyd edək ki, Polisi Müşahidə Qrupu həbs edilənlər- Armen Martirosyan, David Sanasaryan və Andreas Qukasyanla görüşmək üçün İrəvan həbsxanalarından birində olub. Verilən məlumata görə, müşahidə qrupunun üzvləri çox çətinliklə həbsxanaya daxil olmağa nail olublar. Buna səbəb isə həbsxana ətrafında polis tərəfəindən yaradılmış keçilməz sədd olub. Xatırladaq ki, erməni polisi tərəfəindən həbs edilənlər ətrafdan təcrid olunmuş vəziyyətdə saxlanılırlar. Onlara sovqat ötürülməsi və ya hər hansı görüş yasaq edilib.
Beləliklə, çətinliklə də olsa həbsxanaya daxil ola bilən fəallar polis özbaşınalığı ilə üzləşiblər. Verilən məlumata görə, hazırda həbsdə olan Andreas Qukasyan ən ağır zədə və çoxsaylı xəsarətlə həbsdə saxlanılır. Ona təcili yardıma zəng etmək təklif edilsə də, o, bundan imtina edib. Həbsxada olan müşahidə qrupunun üzvləri «İrs» partiyasının sədr müavini Armen Martirosyanla görüşmək istədiklərini söyləsələr də, onlara, «hazırda özünü yaxşı hiss edən Martirosyanın həbsxana rəhbərliyinidən heç bir şikayəti yoxdur»-deyə, bildiriblər...
Bütün günü həbsxanada monitorinq keçirməyə cəhd edən müşahidə qrupunun üzvləri sonda heç nəyə nail olmadan həbsxananı tərk edərək bəyanatla çıxış ediblər. Onlar bu bəyanatda İrəvan şəhər polis idarəsinə müvəqqəti də, olsa həbsləri dayandırmağı təklif ediblər.
Qeyd edək ki, «АрмИнфо»nun verdiyi məlumata görə, bir müddət bundan əvvəl də Antiböhran Şurasının üzvü Saro Saroyan özünün «Facebook» səhifəsində Andreas Qukasyanın vəhşicəsinə döyüldüyünü nəzərə çatdıraraq, "İrs" fraksiyasının rəhbəri Zarui Postancyandan onu «adamyeyənlər»in əlindən alınmasına və klinikaya köçürülməsinə yardımçı olmağa çağırış etmişdi.
Xatırlatmaq yerinə düşər ki, Ermənistanda son yaşantılar mülki şəxslər arasında erməni polisinə qarşı nifrət hissini artırmaqdadır. Bunu İrəvanda keçirilən sorğu da təsdiq etməkdədir. Erməni publisisti Zara Ovannisyan “Birinci informasiya» saytına verdiyi açıqlamaya görə, polisini mülki şəxslərə qarşı hücumları artıq İrəvanda mütəşəkkil hal almaqdadır: «Biz artıq Ermənistanda polis dövləti ilə mübarizə aparmaqla məşğuluq. İrəvanda son yaşantılar bir daha təsdiq edir ki, biz təkcə polis dövləti ilə deyil, həm də təxribatçı polis alayları ilə də mübarizə aparmalıyıq». Erməni publisistinin fikrincə, belə qarşıdurma ölkədə insanların hüquq məhdudiyyətlərinə gətirib çıxara bilər.
Onu da qeyd edək ki, ABŞ-ın İrəvandakı səfiri Riçard Millz də qarşıdurmada yaralananlarla görüşüb.Səfir zorakılıqlarda əli olan şəxsləri sanksiyalarla hədələyib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info